11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO
Ağsuda icbari tibbi sığorta tətbiq olunur
24-01-2020, 12:00
83 dəfə baxılıb
Yanvarın 1-dən respublikamızda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqinə başlanıb. İcbari tibbi sığortanın yeni tətbiq olunduğu rayonlardan biri də Ağsudur.
İcbari tibbi sığorta sistemi əhalinin keyfiyyətli və rahat tibbi xidmətlə təmin olunmasına imkan verəcək. Bu xidmətdən rayonun 85 min nəfər sakini faydalanacaq.
Yeni sistemə keçidlə əlaqədar xəstəxananın girişində məlumat şöbəsi yaradılıb. Vətəndaşlar xəstəxanaya daxil olarkən əlaqələndiricilər onları lazımi şöbəyə, həkimə yönəldirlər. Qeydiyyat bölməsində 8 kompüter fəaliyyət göstərir.
Hər bir vətəndaş ilkin olaraq xəstəxanada yaradılan ailə-sağlamlıq mərkəzinə müraciət edir, ilkin tibbi yardım alır. Ailə həkimləri müayinədən sonra lazım olduqda onları ayrı-ayrı ixtisaslı həkimlərə yönəldirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: