xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Həbsdəki eks-icra başçılarından yalnız biri amnistiyaya düşür

26-12-2025, 16:00 8 dəfə baxılıb



Artıq 2 gündür Prezidentin təşəbbüsü ilə qəbul edilən amnistiya aktının icrasına başlanılıb. 20 min nəfərə şamil edilən bu Akt əsasında təkcə 5 minə yaxın məhkum cəzaçəkmə müəssisələrindən azadlığa buraxılacaq.

Bəs amnistiya aktı indiyə kimi həbs edilən keçmiş icra başçılarından kiməsə aid edilə bilərmi?

"İçəridə"ki eks-icra başçılarından yalnız Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev amnistiya aktından faydalana bilər.

Ona görə ki, İ.Vəliyevin çəkilməmiş cəmi 4 ay cəza müddəti qalıb. Amnistiya aktında yazılıb ki, ağır cinayət törətməkdə təqsirli bilinən şəxs ilk dəfə məhkum edilibsə, 6 aya qədər çəkilməmiş cəzadan azad edilə bilər. (İlk dəfə ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər-red.)

Bu məntiqlə yaxında İsmayıl Vəliyev də azadlığa çıxa bilər.

Uzun illər Neftçalanın icra başçısı işləmiş Vəliyevin müavini Gültəkin Sadıqova da eyni əməllərə görə onunla birgə məhkum edilmişdi. İki gün əvvəl o da Amnistiya ilə azadlığa çıxdı.

İcra başçısı işləyərək sonradan həbs edilən - Vilyam Hacıyev, Mahir Quliyev, Namiq Zeynalov və Alimpaşa Məmmədova isə amnistiya aktı şamil edilmir. Çünki onlar həm xüsusilə ağır cinayət törətməkdə təqsirli bilinib, həm də cəza müddətlərinin çoxunu çəkməyiblər.

Bu yaxınlarda həbs edilən Musa Şəkiliyev və İslam Rzayevin cinayət işi isə hələ ki, ibtidai istintaq dövründədir.

Qeyd edək ki, Ədliyyə Nazirliyi Amnistiya aktını 4 ay ərzində icra etməlidir./qafqazinfo






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi