xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Milli Məclis Amnistiya aktı barədə qərar qəbul etdi

19-12-2025, 12:54 20 dəfə baxılıb

Milli Məclis Amnistiya aktı barədə qərar qəbul etdi


Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli

Məclisinin qərar layihəsi müzakirə olunaraq qəbul olunub.

Sənədi təqdim edən Mili Məclisin Hüquq siyasəti, dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan Amnistiya aktının layihəsi əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.

Amnistiya aktı səsə qoyularaq qəbul olundu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi