xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Abbas Abbasov axtarışa verildi - Ramiz Mehdiyev işi böyüyür

16-12-2025, 09:33 8 dəfə baxılıb

Abbas Abbasov axtarışa verildi - Ramiz Mehdiyev işi böyüyür


Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlayıb.

A.Abbasov ötən müddət ərzində müxtəlif qanunsuz yollarla Rusiya Federasiyasında Azərbaycan diaspor strukturlarını ələ keçirib təsir altına salmaq istiqamətində pozucu fəaliyyət aparıb.

2012-ci ildə yaradılmış qalmaqallı, hamının “Milyarderlər İttifaqı” adı ilə tanıdığı Rusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçisi və rəhbəri olub (özünü bu təşkilatın rəsmi təsisçisi kimi qeydiyyatdan keçirməyi də unutmayıb).

Azərbaycanda 2013-cü ilin əvvəlində Əli Kərimli və ətrafından ibarət tərkibdə formalaşdırılmış “Milli Şura”nın rəhbəri Rüstəm İbrahimbəyov da Abbas Abbasovun bilavasitə rəhbərliyi altında “Milyarderlər İttifaqı”nın Koordinasiya şurasının üzvü olub.

Hərçənd, hələ 2012-ci ildə “Milyarderlər İttifaqı”nın yaradılmasının Azərbaycanda siyasi proseslərə istiqamətləndiyi barədə xəbərdarlıq siqnalları veriləndə Rüstəm İbrahimbəyov “Milyarderlər İttifaqı” adından çıxış edib, müsahibələr verərək bu ittihamları yalanlayırdı. 2013-cü il hadisələri isə hamıya bəllidir.

Təsadüfi deyil ki, əvvəllər hər ay Azərbaycana gələn Abbas Abbasov 2013-cü ilin əvvəlində “Milli Şura”nın yaradılması məsələsi ortaya çıxan vaxtdan əməllərinə görə ehtiyatlanalaraq Azərbaycana gəlmir.

Əldə edilən məlumatlara əsasən, qeyd olunan şəxslər və təşkilatlar arasında sövdələşməyə uyğun olaraq Azərbaycana müxtəlif kanallarla köçürülmüş pul vəsaitləri, həmin vaxt bu sövdələşmələrə və proses iştirakçılarına olunan vədlərə dair audio-video yazılar, ölkə xaricində baş tutmuş görüşlərə, Azərbaycanda konstitusion dövlət hakimiyyətini zorakı yolla ələ keçirmə planlarına dair sair materiallar ələ keçirilərək cinayət işinə əlavə edilib və açıq məhkəmə baxışında geniş ictimailəşdiriləcəkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi