xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Kəbəyə getmək istəyənlərin nəzərinə - Yeni qadağa qüvvəyə minir

9-12-2025, 11:01 6 dəfə baxılıb

Kəbəyə getmək istəyənlərin nəzərinə - Yeni qadağa qüvvəyə minir


Səudiyyə Ərəbistanı 2026 Həcc mövsümü öncəsi mühüm qərar qəbul edib. Məlumata görə, Kəbənin yerləşdiyi Məscidül-Həramda və Mədinədəki Məscidün-Nəbəvinin bütün ərazilərində foto və video çəkilişi rəsmi olaraq qadağan olunur. Qərarın məqsədi ziyarətçilərin məhrəmiyyətini qorumaq və ibadət zamanı mənəvi sükunəti təmin etməkdir.

milli.az xəbər verir ki, Səudiyyə rəhbərliyi bildirib ki, qadağa müqəddəs məkanların hörmətini qorumaq və ibadət edənlərin diqqətinin dağılmasının qarşısını almaq üçün tətbiq edilir. Yeni qaydalara əsasən Məscidül-Həramın və Məscidün-Nəbəvinin istisnasız bütün hissələrində foto və video çəkmək qadağandır.

Qaydanı pozan ziyarətçilər barəsində inzibati tədbir görüləcək.

İcazəsiz çəkiliş üçün istifadə olunan cihazlar müsadirə olunacaq.

Qayda pozuntusu ilə bağlı hüquqi prosedur da işə düşəcək.

Bu qərar 2026-cı il Həcc mövsümü başlamadan tətbiq olunmağa başlayacaq və bütün ziyarətçilərin buna riayət etməsi tələb olunur.

Səudiyyə Ərəbistanı açıqlamasında vurğulayıb ki, bu addım həm ibadətin ruhani atmosferini qorumağa, həm də ziyarətçilərin fərdi məxfiliyini təmin etməyə xidmət edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi