xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:46 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:09 – Prezidentlər təkbətək görüşdü - Fotolar 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 

Azərbaycana yay mövsümündə gələn turistlərin sayı niyə azalıb? - AÇIQLAMA

27-10-2025, 13:32 8 dəfə baxılıb

Azərbaycana yay mövsümündə gələn turistlərin sayı niyə azalıb? - AÇIQLAMA


Bu ilin yay mövsümündə Cənubi Qafqaz ölkələrinə gələn turistlərin sayı diqqətçəkici fərqlərlə qeydə alınıb. Statistikaya əsasən, Gürcüstana 2 milyon, Ermənistana 813 min turist səfər edib.

Builki yay mövsümündə (iyun–avqust aylarında) Azərbaycana isə 740 min 722 turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azdır.

Bəs, turist sayının azalmasına səbəb nədir?

Mövzu ilə bağlı Ölkə.az-a danışan turizm eksperti Ceyhun Aşurov bildirib ki, hazırda Azərbaycan Qafqaz ölkələri arasında ən az turist qəbul edən ölkələr arasındadır.

Onun sözlərinə görə, regionda lider mövqedə Gürcüstan dayanır:

"Bunun əsas səbəblərindən biri Gürcüstanın Avropa ölkələrinə viza rejimini tamamilə aradan qaldırmasıdır. Eyni zamanda, ölkənin quru sərhədlərinin açıq olması qonşu ölkələrdən daha çox turistin gəlməsinə şərait yaradır. Gürcüstanın digər mühüm üstünlüyü onun əlçatanlığı ilə bağlıdır, həm vizasız rejim, həm də ucuz aviabiletlər və yerüstü nəqliyyat vasitəsilə rahat səfər imkanları bu ölkəyə turist axınını artırır.

Azərbaycan isə turizm potensialına görə Gürcüstandan geri qalmır. Amma bu yay mövsümündə Azərbaycanın cənub qonşusu İranda baş verən qısamüddətli hərbi gərginlik və hava məkanının bağlanması, Azərbaycanın əsas hədəf bazarlarından olan turistlərin sayına ciddi təsir göstərib. Rəsmi statistikaya əsasən, bu ilin doqquz ayı ərzində Azərbaycana gələn əcnəbilərin sayı təxminən 2 faiz azalıb. Bununla yanaşı, yay aylarında turist sayında 30-40 faiz azalma müşahidə olunub".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi