xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

Polis narkoman iddialarına görə tarixi binanı nəzarətə götürdü - RƏSMİ

9-10-2025, 13:24 7 dəfə baxılıb

Polis narkoman iddialarına görə tarixi binanı nəzarətə götürdü - RƏSMİ


Daxili İşlər Nazirliyi Yasamal rayonu Mirzə Fətəli Axundov küçəsi, 84 ünvanında yerləşən 1899-cu ilə aid binanın narkomanların yuvasına çevrilməsi barədə yayılan iddialara münasibət bildirib.

Qurumun Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Ölkə.Az-ın sorğusuna cavab olaraq deyib ki, hazırda bina polis əməkdaşları tərəfindən nəzarətdə saxlanılır:

“Polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı ölkəboyu mübarizə tədbirləri fasiləsiz olaraq aparılır. Həmin ərazidə dəfələrlə polis əməkdaşları tərəfindən əməliyyat və profilaktik tədbirlər həyata keçirilib. Narkotik vasitə aludəçiləri barəsində müvafiq tədbirlər görülüb.

Sonuncu dəfə isə həmin ərazidə keçirilən tədbirlərlə orada narkotik maddə istifadəçilərinin, həmçinin, tüfeyli həyat tərzi keçirən şəxslərin toplaşması ilə bağlı səsləndirilən fikirlər öz təsdiqini tapmayıb. Buna baxmayaraq ərazi hazırda polis əməkdaşları tərəfindən nəzarətdə saxlanılır”, - deyə o əlavə edib.

Qeyd edək ki, bundan əvvəl lent.az 126 illik üçmərtəbəli tarixi binada narkotik istifadəçilərinin toplaşdığını yazmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi