xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

DYP məktəblilərin öldüyü hadisə ilə bağlı çağırış etdi

19-09-2025, 13:26 14 dəfə baxılıb

DYP məktəblilərin öldüyü hadisə ilə bağlı çağırış etdi


DİN-in Baş DYP İdarəsi Lənkəran rayonunda məktəbli bacı-qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı müraciət edib.

İdarədən “Qafqazinfo”ya bildirilib ki, bu faciə bir daha göstərir ki, yol hərəkəti qaydalarına əməl olunmaması ən ağır nəticələrə gətirib çıxarır:

“Bir daha bütün sürücülərin diqqətinə çatdırırıq ki, yollarda — xüsusilə yaşayış məntəqələrində, məktəb və bağça ərazilərində hərəkət zamanı sürət həddi qanunvericiliyin tələblərinə uyğun seçilməli, məsuliyyətli davranılmalıdır.

Piyadalara da xatırladılır ki, yalnız təyin olunmuş keçidlərdən istifadə etməli, hərəkətə başlamazdan əvvəl ətrafı diqqətlə müşahidə etməli və sürücülər üçün gözlənilməz vəziyyət yaratmamalıdırlar.

Valideynlərdən xahiş olunur ki, uşaqların məktəbə gediş-gəlişlərini daim diqqətdə saxlasınlar, azyaşlı uşaqları yollarda nəzarətsiz qoymasınlar.

Hər bir hərəkət iştirakçısı anlamalıdır ki, qaydalara əməl etməmək yalnız qanunun pozulması deyil, eyni zamanda insan həyatına birbaşa təhlükə yaratmaq deməkdir.

Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, həm sürücülərin, həm də piyadaların məsuliyyətli davranışı yol-nəqliyyat hadisələrinin qarşısını almağın və insanların həyatını qorumağın əsas yoludur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi