xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Muxtar Babayev: "Su qıtlığının tam qarşısını almaq mümkün deyil"

11-09-2025, 14:24 5 dəfə baxılıb

Muxtar Babayev: "Su qıtlığının tam qarşısını almaq mümkün deyil"


Su qıtlığı ilə bağlı risklərin tam qarşısını almaq mümkün deyil, amma adaptasiya planlarının hazırlanması və bu şəraitə hazırlaşmaq Azərbaycan üçün də vacibdir.

Bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" çərçivəsində təşkil olunan "Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər" adlı panel müzakirələrində deyib.

Onun sözlərinə görə, Azərbaycanda buzlaqların əriməsi və qar ehtiyatlarının azalması prosesi davam edir: "Bu, Azərbaycanla yanaşı bütün dünyaya təsir edən prosesdir. Hər il Böyük Qafqaz və xüsusilə Kiçik Qafqaz dağlarına təşkil olunan ekspedisiyalar bu gedişatı təsdiqləyir. Dağlarımızda qar ehtiyatları ilbəil azalır, buzlaqlar isə əriməyə məruz qalır. Təəssüf ki, bu proses bütün dünyada müşahidə olunur. Əsas səbəb iqlim dəyişikliyi və orta temperaturun artmasıdır, digər səbəb isə yağıntıların qeyri-bərabər bölüşdürülməsi və intensivliyidir. Nəticədə su ehtiyatları azalır, daşqınlar, sel və digər hidrometeoroloji hadisələr daha çox baş verir".

M. Babayev bildirib ki, su problemlərinin həlli və adaptasiya tədbirləri həm dövlətlərin, həm də beynəlxalq təşkilatların da aktiv iştirakı ilə mümkündür:

"Artıq illərdir ki, Azərbaycan beynəlxalq təşkilatlar və maliyyə institutları ilə birlikdə bu məsələləri müzakirə edir, müxtəlif su layihələri həyata keçirir. Lakin narahatlıq doğuran məqam ondan ibarətdir ki, dünyada suya tələbat artır. Ölkələr artıq şərti olaraq üç qrupa bölünür: su ehtiyatı bol olan, ehtiyaclarını nisbətən ödəyə bilən və su qıtlığı ilə üzləşən ölkələr. Təəssüf ki, su qıtlığı riski ilə üzləşən ölkələrin siyahısı hər il genişlənir və Azərbaycan da bu siyahıda yer alır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi