xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

"Bu cür iddialar əsassız, boş, axmaq söhbətlərdir" - Artur Rasizadədən açıqlama

7-08-2025, 13:11 7 dəfə baxılıb

"Bu cür iddialar əsassız, boş, axmaq söhbətlərdir" - Artur Rasizadədən açıqlama


Xalq yazıçısı, ictimai-siyasi xadim, uzun illər Baş nazirin müavini vəzifəsində çalışan Elçin Əfəndiyev avqustun 3-də vəfat edib. Onunla vida mərasimində yazıçının ailə üzvləri, dövlət rəsmiləri, mədəniyyət xadimləri iştirak ediblər. Lakin Elçin Əfəndiyevlə uzun illər birgə çalışmış sabiq Baş nazir Artur Rasizadənin vida mərasimində iştirak etməməsi ictimaiyyətin diqqətini çəkib.

manset.az məsələ ilə bağlı sabiq Baş nazirlə əlaqə saxlayıb. Artur Rasizadə bildirib ki, səhhətindəki problemlərlə əlaqədar mərasimə qatıla bilməyib:

"Mən güclə beş addım atıram. Qan təzyiqim yüksəkdir, mənim üçün bu istilərdə çölə çıxmaq çox çətindir. Mən onun həyat yoldaşıyla danışdım, baş sağlığı verdim. Səhhətimlə bağlı getməmişəm. Mənim Elçin Əfəndiyevlə çox yaxşı münasibətim olub. Onun kiçik qızıyla nəvəm rəfiqədi. Yanıma da gəlmişdilər. Bu cür iddialar əsassızdır, boş, axmaq söhbətlərdir. Jurnalistlərin bir insafı, vicdanı olsun da. İnsanıq, xəstə ola bilərik, 90 yaşım var. Başqa nə ola bilər ki? Mənim yeganə qızım da, nəvəm də o mərasimdə iştirak edib. Mərasimə əkil də göndərmişəm".

Qeyd edək ki, Elçin Əfəndiyev 1995-ci ildən 2018-ci ilə qədər Azərbaycanın Baş nazirinin müavini vəzifəsində çalışıb. Bu dövrdə ölkənin sabiq Baş naziri Artur Rasizadə ilə birgə işləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi