xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

İkinci əl avtomobil alarkən bu məqamlara diqqət yetirin – Mütəxəssislər xəbərdarlıq edir

8-07-2025, 16:00 9 dəfə baxılıb

İkinci əl avtomobil alarkən bu məqamlara diqqət yetirin – Mütəxəssislər xəbərdarlıq edir


Qiymət baxımından daha sərfəli olsa da, ikinci əl nəqliyyat vasitələrinin alınmasında bir sıra risklər mövcuddur.

Mütəxəssislər potensial alıcılara xəbərdarlıq edirlər: ehtiyatlı olmaq və avtomobili almadan öncə bir neçə vacib amili diqqətlə yoxlamaq vacibdir.

Texniki baxış ilk növbədə mühərrik, sürətlər qutusu, asqı sistemi və əyləc sistemini əhatə etməlidir. Avtomobili almazdan öncə onu peşəkar ustaya göstərmək tövsiyə olunur. Çünki avtomobilin zahiri təmiz və problemsiz görünsə də, daxildə ciddi nasazlıqlar ola bilər.

Mütəxəssislər bildirirlər ki, avtomobilin əvvəlki qəzalarda iştirakı olub-olmaması çox önəmlidir. Bu məlumatı rəsmi servis qeydlərindən və ya VIN kod vasitəsilə əldə etmək mümkündür. Əgər avtomobilin hava yastıqları açılıbsa və sonradan dəyişdirilibsə, bu təhlükəsizlik baxımından ciddi risk yarada bilər.

Avtomobilin texniki pasportu, notarial alqı-satqı müqaviləsi və digər hüquqi sənədlər tam və düzgün olmalıdır. Həmçinin avtomobilin girovda və ya qadağa altında olub-olmaması da yoxlanılmalıdır. Bunun üçün rəsmi dövlət portallarından istifadə etmək mümkündür.

Bəzi satıcılar avtomobilin kilometrajını azaltmaqla daha az istifadə olunmuş təəssüratı yaratmağa çalışırlar. Mütəxəssislər alıcılara bu kimi halların qarşısını almaq üçün kompüter diaqnostikası etdirməyi tövsiyə edir.

Avtomobili almadan öncə test sürüşü etmək, sükan, əyləc, sürət qutusu və digər əsas funksiyaların yerində işlədiyindən əmin olmaq vacibdir.

Eyni model və il üzrə digər oxşar avtomobillərlə müqayisə aparmaqla satıcının istədiyi qiymətin real olub-olmamasını müəyyənləşdirmək mümkündür. Bu həm alıcının qiymətdə düzgün razılaşmasına, həm də mümkün aldanmaların qarşısını almağa kömək edir./BAKU.WS






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi