xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Qadın polislərimiz: Onların sayı nə qədərdir?

2-07-2025, 14:18 4 dəfə baxılıb

Qadın polislərimiz: Onların sayı nə qədərdir?



Bu gün Azərbaycan polisinin peşə bayramıdır. 107 illik tarixi olan daxili işlər orqanları ölkənin suverenliyinin, təhlükəsizliyinin və ictimai asayişin təmin olunmasında mühüm rol oynayıb.

Daxili İşlər Nazirliyi sistemində ümumilikdə 30 min 410 nəfər çalışır. Burada xidmət edən əməkdaşların 10%-ni (4041 nəfər) qadınlar, 90%-ni kişilər təşkil edir. Daxili işlər orqanlarında rəhbər vəzifələrdə 61 qadın əməkdaş xidmət edir. 2024-cü ildə daxili işlər orqanlarında xidmətə qəbul olunan qadın əməkdaşların sayı 2023-cü illə müqayisədə 1,6% artaraq ümumilikdə 13,6% təşkil edib.

Belə ki, həmin ildə daxili işlər orqanlarında işə qəbul edilən 3507 nəfərin 3217-i kişilər, 290-ı isə qadınlar olub.

Onu da qeyd edək ki, son beş il ərzində - 2020-2024-cü illər ərzində Polis Akademiyasına qəbul olunan şəxslərin ümumi sayı 2 min 444 nəfər olub. Bu dövrdə Akademiyaya qəbul olunanların 2429-u kişi, 15-i isə qadın olub.
İllər üzrə qəbul göstəriciləri aşağıdakı kimidir:

2020-ci il: 372 nəfər qəbul olunub. Onlardan 369-u kişi, 3-ü qadın olub.
2021-ci il: Ümumi qəbul sayı 402 nəfər, bunun 400-ü kişi, 2-si qadın olub.
2022-ci il: Cəmi 424 nəfər qəbul olunub. Onlardan 421-ni kişilər, 3-nü qadınlar təşkil edib.
2023-cü il: Ümumi qəbul sayı 529 nəfər, bunun 524-ü kişi, 5-i qadın olub.
2024-cü il: Cəmi 717 nəfər qəbul edilib, 715-i kişi, 2-si qadın olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi