xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

İsraili tərk etmək istəyən azərbaycanlıların nəzərinə! - Qaydalar AÇIQLANDI

23-06-2025, 14:22 4 dəfə baxılıb

İsraili tərk etmək istəyən azərbaycanlıların nəzərinə! - Qaydalar AÇIQLANDI


İsrail iyunun 23-dən etibarən xarici ölkə vətəndaşlarının ölkəni tərk etməsi üçün xüsusi reyslərə icazə verəcək.

modern.az xəbərinə görə, bu barədə ölkənin nəqliyyat naziri Miri Reqev məlumat verib.

Reyslər üçün sərnişin sayı ciddi şəkildə məhdudlaşdırılıb. Belə ki, hər təyyarəyə cəmi 50 nəfər buraxılacaq.

Nazirlik bu addımı təhlükəsizlik məqsədilə, Ben Qurion hava limanının potensial hücum hədəfinə çevrilməsi riskinə görə atıb.

Qeyd edək ki, İsrail hava məkanını iyunun 13-dən - İrana qarşı hərbi əməliyyata başladığı gündən bağlayıb. Bu səbəbdən ölkədə təxminən 40 min turist qalıb və onlar yalnız quru sərhəd keçidləri (Misir və İordaniya ilə) və ya dəniz yolu ilə çıxa biliblər.

Son günlərdə isə hava limanı məhdud sayda reyslər qəbul etməyə başlayıb. İsrail hava yolları şirkətləri - El Al, Israir və Arkia iyunun 18-dən bəri əsasən Avropa və ABŞ-dan reyslər həyata keçirir. Təyyarələr yalnız gündüz saatlarında uçur, çünki gecələr İsrail ərazisi İrandan raket hücumlarına məruz qalır.

Hazırda Ben Qurion hava limanında saatda yalnız iki təyyarənin enişinə icazə verilir. Gələn təyyarələr sərnişinləri endirib dərhal havaya qalxır.

Bu günə qədər həm xaricilərin, həm də İsrail vətəndaşlarının ölkəni hava yolu ilə tərk etməsi qadağan edilib. İndi isə uçuşlara icazə verilir, lakin onlar yalnız 3-cü terminaldan həyata keçiriləcək və terminal binasına yalnız bileti olan sərnişinlər buraxılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi