xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Paytaxtın Bakıdan köçürülməsinə nə qədər vəsait lazımdır? - AÇIQLAMA

1-04-2025, 16:00 3 dəfə baxılıb

Paytaxtın Bakıdan köçürülməsinə nə qədər vəsait lazımdır? - AÇIQLAMA


“Paytaxtın köçürülməsilə bağlı müxtəlif rəsmi şəxslər tərəfindən təkliflər səsləndirilməkdədir. Ən qəribəsi isə işğaldan azad edilmiş ərazilərdəki, şəhərlərin təklif edilməsidir”.

Bu fikirləri iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, paytaxtın köçürülməsi və yeni şəhərin qurulması inanılmaz dərəcədə bahalı və uzunmüddətli bir prosesdir:

“Azərbaycanın iqtisadi ölçüsünü və dövlət büdcəsini nəzərə alaraq, belə bir addım real deyil.
Bu tip köçürülmələrə dünya praktikasında baxsaq görərik ki, İndoneziya Cakartadan Nusantaraya köçürülməsi üçün 35 milyard dollar büdcə ayırıb.

Misir yeni inzibati paytaxtına 58 milyard dollar sərf edir. Qazaxıstan isə paytaxtı Almatıdan Astanaya köçürəndə 30 milyard dollar xərc çəkib.

Odur ki, Azərbaycanın paytaxt köçürməsi üçün ən azı 30-40 milyard dollar, daha müasir şərtlərlə 50 milyard dollar vəsait lazımdır”.

Ekspertin fikrincə, buna görə də ölkənin hərbi gücünün davamlı artırılmasına və azad edilmiş ərazilərə qayıdışın təmin edilməsinə külli miqdarda maliyyə vəsaiti tələb edilən hazırkı şəraitdə bu mövzunu gündəmə gətirmək məqsədəuyğun deyil:

“Amma bir gün ölkənin iqtisadi durumu buna imkan verərsə, o zaman bunu etmək olar. Lakin onda da paytaxt elə əraziyə köçürülməlidir ki, o nə Ermənistanla sərhədə, nə də İranla sərhədə yaxın olmamalıdır. Çünki, dünya təcrübəsində paytaxtlar potensial təhlükədən daha uzaq salınır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi