xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:55 – Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 

Bir manatlıq dönərin mənşəyi haradan gəlir? – VİDEO

20-12-2019, 15:23 80 dəfə baxılıb

Bir manatlıq dönərin mənşəyi haradan gəlir? – VİDEO


İllərdir toyuq dönərinin ziyanlarından danışılsa da, zəhərlənmə faktları olsa da, nədənsə hələ də bu qidaya maraq azalmır. Əsasən, universitetlərin yanında fəaliyyət göstərən dönərxanaların müştəriləri isə daha çox tələbələrdir.

Mələsə ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb.

“Toyuq dönəri xoşladığım üçün onu alıram”, – tələbələrdən biri deyib.

Ekspertlərin sözlərinə görə, istehlakçılar dönər alarkən, diqqətli olmalıdır.

“İstehlakçı isitfadə olunan toyuq dönəridirsə, toyuq ətidirsə, ətin mənşəyi sertifikatını tələb etməlidir”, – qida mühəndisi İsa Əliyev qeyd edib.

Dönər satanlar israrla bu iş üçün müvafiq qurumlardan icazələrinin olduğunu bildirirlər. Amma icazə ilə bağlı sənədi istəyəndə cavab tapmaqda çətinlik çəkirlər. Eyni zamanda, dönərdə istifadə olunan toyuğu haradan və nə vaxt aldıqlarını göstərən sənəd də yoxdur.

“Hazırda satılan toyuğun istifadə tarixi ilə bağlı sənəd gəlib, amma axşam növbəsində olan işçi harasa qoyub, yerini bilmirəm”, – satıcılardan biri bildirib.

Xatırladaq ki, bü günlərdə Gəncədə dönərxanalara yararsız toyuq əti paylayan müəssisənin fəaliyyəti aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyi isə vətəndaşlara mənşəyi məlum olmayan yerlərdən dönər almamağı tövsiyyə edir. Əgər istehlakçıların hər hansı şübhələri olarsa, bu barədə Agentliyin 1003 çağrı mərkəzinə məlumat verə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi