xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

"Bu, sürücülərin daha az xərcə düşməsinə səbəb olacaq" - AÇIQLAMA

1-07-2024, 12:16 6 dəfə baxılıb

"Bu, sürücülərin daha az xərcə düşməsinə səbəb olacaq" - AÇIQLAMA


Aİ-92 yanacağının Avro-5 standartlarına uyğunlaşdırılması əhəmiyyətli hadisədir.

Bunu Milli Məclisin VI çağırış deputatı Azər Badamov açıqlamasında deyib. O bildirib ki, keyfiyyətli yanacaq atmosferə atılan zərərli tullantıların azalmasına və ekologiyanın daha az çirklənməsinə yol açacaq:

"Çünki ölkəmizdə avtomobillərdə əsasən Aİ-92 benzini istifadə olunur. Biz havalar istiləşəndə Bakıda havanın çirkli olduğunu daha çox hiss edirik. Bu da əsasən tıxaclarda mühərrikləri işləyən avtomobillərin buraxdığı zərərli qazların miqdarının çox olması nəticəsində baş verir".

A. Badamovun sözlərinə görə, avtomobillərdə daha təmiz yanacaq yandırılarsa, atmosferə atılan qazların həcmi də daha az olar: "Bu da hər birimizin nəfəs aldığı havanın daha az çirklənməsinə səbəb olar".

"Aİ-92 yanacağının Avro-5 standartlarına uyğunlaşması həm də bu yanacağı istifadə edən avtomobillərin mühərriklərinin daha təmiz işləməsinə yol açacaq. Yəni benzinin təmiz olması, avtomobillərdə mühərriklərdə nasazlıqların azalmasına, yanacaq sistemlərinin çirklənməməsinə və sürücülərin daha az xərcə düşməsinə səbəb olacaq", - deyə millət vəkili əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi