xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 18:41 – İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü 
  • 11:36 – Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Video 
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:09 – Prezidentlər təkbətək görüşdü - Fotolar 

Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO

3-05-2024, 15:14 1 dəfə baxılıb

Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO


"Son illərdə başladılan ciddi tədbirlər nəticəsində respublika ərazisində narkotik vasitə ilə əlaqəli baza, anbar, hansısa bariqalar və s. hamısının özəkləri dağıdılıb. Amma narkotik vasitələrlə əlaqəli xəstəxanalara müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə 300% artıb".

Yol-xeber.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forum çərçivəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə” mövzusunda panel müzakirələri zaman deyib. O, xəstəxanaya müraciət edən narkotik istifadəçilərinin sayının artmasının səbəbini belə izah edib:

"Bundan başqa ayrı-ayrı blogerlər hansısa formada reabilitasiya mərkəzlərinin reklam arealına çevrilib. Bu da onu deməyə əsas verir ki, artıq reabilitasiya mərkəzlərinin sayı artıb. Bunların sayı niyə artdı, nə baş verdi? Burada aydın bir təhlil ortaya çıxmalıdır ki, narkotik vasitə tapa bilmir və məcburdur ki, bu vəziyyətdən xilas olsun. Əvvəlki dövrlərdə qohum, ailə övladının/qohumunun narkotik vasitədən asılılığını gizlədirdisə, artıq müraciətlər onu göstərir ki, cəmiyyət bu sahədə də xeyli irəliyə gedib".

E.Hacıyevin sözlərinə görə, narkotik vasitə, alkoqolizm ayrı-ayrılıqda cinayətkarlıqla səbəbli əlaqə yaradır:

"Bilinməlidir ki, narkotik vasitə aludəçisi, alkoqolik potensial təhlükə mənbəyidir, geci-tezi var. Bilinməlidir ki, ilk 3-5 ayda bu insanı xilas etmək olur, amma bu müddət keçəndən sonra onu xilas etmək olmur. O, ya ölümə gedir, ya da öldürməyə. Əlində olan vəsaiti itirir, əmlakını satıb qurtarır, iş yerini itirir və nəticədə narkotik vasitəni əldə etmək üçün oğurlamağa, talamağa başlayır. Sonda da cəmiyyətin mənafeyinə zərər dəyir", - deyə o söyləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi