xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Novruz bayramında Əfv gözlənilir - Müraciətlərə baxılır

28-02-2024, 14:00 3 dəfə baxılıb



“Novruz bayramında Əfv fərmanının verilməsini gözləyirik”.

Bunu “Sherg.az”a açıqlamasında hüquq müdafiəçisi, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı bildirib. Hüquq müdafiəçisi qeyd edib ki, Əfv komissiyası müraciətlərə baxır:

“Komissiya həmişə işləyir, ərazilərə, müraciətlərə baxılır. Müraciətlər çoxdur. Əlbəttə, yaxşı olardı ki Novruz bayramı ərəfəsində Əfv fərmanı imzalansın. Bilirsiz ki Əfv fərmanının imzalanması Prezidentin müstəsna səlahiyyətidir. Biz ümid edirik ki, bayram ərəfəsində əfv olacaq. Neçə-neçə ailənin gözü yoldadır. Bu il Əfv fərmanının imzalanması həm də tarixi əhəmiyyət daşıyacaq. Çünki Azərbaycanın ərazi bütövlüyü təmin edildikdən sonra imzalanan ilk Əfv fərmanı ola bilər. İstərdik bu Əfv fərmanı həm də ən böyük əfv fərmanı olsun”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi