xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 
  • 18:41 – İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü 
  • 13:46 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 
  • 11:36 – Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Video 

Burhan bey: Şirkətimiz rəqabətqabiliyyətli qiymət siyasəti ilə siz aldığınız yüksək keyfiyyətli məhsullardan razı qalacaqsınız

15-11-2023, 09:20 44 dəfə baxılıb

Burhan bey: Şirkətimiz rəqabətqabiliyyətli qiymət siyasəti ilə siz aldığınız yüksək keyfiyyətli məhsullardan razı qalacaqsınız


Net Yapı Pazarlama şirkəti 2003-cü ildən xırdavat və texniki materialların satışı üzrə fəaliyətə başlamışdır. Şirkətimiz 2010-cu ildən "BVN", 2011-ci ildən “ACTİVENT”, 2022-ci ildən isə "ROKACELL” və "KARSAC" şirkətlərinin rəsmi distributoru olaraq fəaliyyət göstərir. Bununla yanaşı mərkəzimizdə "HTK", "TRAKYA DÖKÜM", "PLASTHERM", "U-FIX", "PİMTAŞ" və "KLEPSAN" kimi şirkətlərin də məhsullarının satışı həyata keçirilir.
Şirkətimiz tərəfindən satılan məhsulların tam təhlükəsiz qaydada, qeyd olunan ünvana çatdırılmasını təmin edirik.

Net Yapı şirkəti aşağıdakı şirkətlərin Azərbaycandakı yeganə rəsmi distributorudur
Previous
Next


Üstünlüklərimiz
20 ildən artıq təcrübə ilə şirkətimiz bazarda müvafiq sahə üzrə aparıcı şirkətlərdən biridir. Xidmətlərimizdən istifadə etməklə siz, aşağıdakı üstünlüklərdən faydalanmış olacaqsınız.
Uyğun Qiymət Şərtləri
Şirkətimiz rəqabətqabiliyyətli qiymət siyasəti ilə siz aldığınız yüksək keyfiyyətli məhsullardan razı qalacaqsınız.
Professional Heyət
Şirkətimizin professional heyəti sizə uyğun məhsulu seçməkdə kömək edəcək və aldığınız məhsulun təhlükəsiz qaydada çatdırılmasını həyata keçirəcək.
Zəmanət
Şirkətimiz tərəfindən satılan məhsulların keyfiyyətinə zəmanət verilir.

Burhan bey: Şirkətimiz rəqabətqabiliyyətli qiymət siyasəti ilə siz aldığınız yüksək keyfiyyətli məhsullardan razı qalacaqsınız
Burhan bey: Şirkətimiz rəqabətqabiliyyətli qiymət siyasəti ilə siz aldığınız yüksək keyfiyyətli məhsullardan razı qalacaqsınız
Burhan bey: Şirkətimiz rəqabətqabiliyyətli qiymət siyasəti ilə siz aldığınız yüksək keyfiyyətli məhsullardan razı qalacaqsınız
Burhan bey: Şirkətimiz rəqabətqabiliyyətli qiymət siyasəti ilə siz aldığınız yüksək keyfiyyətli məhsullardan razı qalacaqsınız


Net Yapı Pazarlama şirkətinin rəhbəri Burhan bey - Azərbaycanın Zəfər dolu günləri biri-birini əvəzləyir. Son üç ildə xalqımız torpaqlarımızın işğaldan azad edildikləri tarixləri, eyni zamanda, qürurumuzun, kimliyimizin təqdimatı olan Zəfər Gününü böyük sevinc hissi ilə qeyd edir. 30 ildən sonra bu günün sevincini yaşamaq böyük xoşbəxtlikdir. Noyabrın 8-də- Zəfər Günündə xalqımız daha bir qürurlu anı yaşadı. Xankəndi şəhərində keçirilən hərbi parad dünyanın diqqətində oldu. Bir daha sübut olundu ki, bu torpaqların sahibi bizik, qalibiyyət rəmzi olan üçrəgli bayrağımız daim bu ərazilərdə dalğalanacaq və dünyanı heyrətləndirəcək tədbirlərə ev sahibliyi edəcək. Bir qarış torpağını belə düşmənə verməyəcəyini ən yüksək tribunalardan bəyan edən Azərbaycan üç il bundan öncə imza atdığı tarixi Zəfəri ilə bunu bir daha təsdiqlədi. Təbii ki, Zəfərdən sonrakı dövrdə Azərbaycanın atdığı hər bir addım ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsinə xidmət etdi. Dövlət başçısı İlham Əliyev hərbi paraddakı çıxışında bu məqamlara xüsusi diqqət yönəltdi. “Dörd il bundan əvvəl, bax, qarşıdakı Xankəndi şəhər stadionunda Ermənistanın baş naziri çıxış edərkən təkəbbürlə demişdi: “Qarabağ Ermənistandır və nöqtə”. Biz ona, onun kimilərinə və onların arxasında duranlara döyüş meydanında qan tökərək, şəhidlər verərək göstərdik ki, o, səhv yolda idi” söyləyən dövlət başçısı qeyd etdi ki, Qarabağın Azərbaycan olduğunu döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq göstərdik. Bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin: “Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin.”

Burhan bey: Şirkətimiz rəqabətqabiliyyətli qiymət siyasəti ilə siz aldığınız yüksək keyfiyyətli məhsullardan razı qalacaqsınız


Cənab İlham Əliyev hər bir çıxışında bu reallığı böyük qürur hissi ilə qeyd edir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar. Gənclərimiz bizim ümidimizdir. Gələcəkdə ölkəmizi onlar idarə edəcəklər. Orduda xidmət edən gənclər Vətənə bağlı olan insanlardır.

Tarixi Zəfərimizi şərtləndirən amillər sırasında da gənclərimizin torpaq, Vətən sevgisi xüsusi qeyd edilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrini gözləyən Azərbaycan əsgəri bu çağırışı böyük ruh yüksəkliyi ilə qarşıladı. Döyüşlər zamanı canından, qanından keçən gənclərimiz milli maraqlarımız, dövlətçilik uğrunda yetişdiklərini təsdiq etdilər. Sübut etdilər ki, Azərbaycan gəncləri milli, vətənpərvərlik ruhunu yaşadaraq haqq və hüquqlarımızın keşiyindədirlər. Bundan sonra da milli maraqlarımızı, dövlətçiliyimizi, ərazi bütövlüyümüzü, ümumilikdə, suverenliyimizi qoruyacaq layiqli gənclərimiz var. Cənab İlham Əliyev hərbi paradda bildirdi: “Əlbəttə ki, ordu quruculuğu birinci nömrəli vəzifə idi. Maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi - budur, qələbəyə aparan əsas amillər. Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir.”

Şəhidlərimiz qanları, canları ilə Zəfər tarixini yazdılar. 30 ilin işğalına son qoyuldu. 27 il icrasını gözləyən BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirildi. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdik. Dövlət başçısı böyük qürur hissi ilə bildirdi: “Hazırlıq işləri apararkən, bax, biz bu günü gözləyirdik. Mən bu 20 il ərzində heç vaxt şübhə etmirdim ki, bu gün gələcək və Xankəndi şəhərində Azərbaycan Bayrağı altında hərbi parad keçiriləcək.” Bu, artıq təsdiqini tapmış təkzibolunmaz faktdır ki, cənab İlham Əliyev sözü ilə əməli vəhdət təşkil edən qətiyyətli Prezidentdir. Artıq üç ildir tarixi sahibinə qovuşmuş torpaqlarımızda Azərbaycan Bayrağının dalğalanmasından qürurla bəhs ediriksə, bu, dövlətimizin qətiyyətinin, Silahlı Qüvvələrimizin qəhrəmanlığının, fədakarlığının nəticəsidir. Düşməni əzəli torpaqlarımızdan birdəfəlik qovduq. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır.

Bu gün Azərbaycanın ordu quruculuğu sahəsində atdığı ardıcıl və məqsədyönlü addımlar davamlılığı ilə diqqətdədir. Prezident İlham Əliyevin Xankəndi paradında qeyd etdiyi kimi, Ermənistanda revanşist qüvvələrin baş qaldıracağını, işğalçının arxasında dayanan və erməniləri bizə qarşı hərəkətə təhrik edən xarici qüvvələrin onlara yenə də təxribatçı siqnallar verəcəklərini bilirdik. Keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət ölkəmizin nəzarətindədir. Bununla bərabər, Qarabağ bölgəsində həyata keçirilmiş bir neçə hərbi əməliyyat bu bölgədə də əlverişli yüksəkliklərə sahib olmaq üçün şərait yaratdı. Bu əməliyyatlar Ermənistan siyasi rəhbərliyinə bir mesaj oldu ki, kapitulyasiya aktında təsbit edilmiş bütün müddəaları icra etməlisiniz. İlk növbədə, Ermənistan silahlı qüvvələri Qarabağdan çıxmalı idi. Amma reallıqda bunun əksini gördük. Ermənistanın bu kimi təxribatçı addımları Azərbaycan Silahlı Qüvvələrinin birgünlük lokal xarakterli antiterror tədbirlərini həyata keçirməsinə səbəb oldu. Artıq separatçı-terrorçulardan tamamilə təmizlənmiş ərazilərimizdə Azərbaycan Bayrağının ucaldılmasının qürurunu yaşayırıq.

Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın həyatında yeni dövr uğurla davam edir. Tezliklə dirçəliş mərhələsi başa çatacaq, soydaşlarımız bu ərazilərə yeni nəfəs verərək Azərbaycanın dayanıqlı inkişafına verdikləri töhfələr ilə qürur duyacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi