xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 
  • 18:41 – İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü 
  • 13:46 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 
  • 11:36 – Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Video 

Arifə xanım Tağıyeva: Söz ilə əməlin vəhdətini yaratmış Lider

16-10-2023, 14:21 48 dəfə baxılıb

Arifə xanım Tağıyeva: Söz ilə əməlin vəhdətini yaratmış Lider


Balakən şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Arifə xanım Tağıyeva - 30 ilə yaxın xalqımız erməni işğalına, erməni vandalizminə dözdü, məsələnin sülh yolu ilə həll olunacağına inandı. Azərbaycan xalqı və dövləti heç vaxt müharibə istəmirdi, çünki müharibənin yaratdığı faciələri, dəhşətləri bütün ağırlığı ilə yaşamışdı. Lakin, cənab Prezidentin də dediyi kimi, “ On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın”. Əlbəttə ki. Biz heç vaxt işğalla barışmadıq. 3 il bundan əvvəl 44 günlük Vətən müharibəsi parlaq, tarixi Qələbə ilə başa çatdı, nəticədə ölkəmizin ərazi bütövlüyü bərpa edilib. 2020-ci il noyabrın 10-na keçən gecə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan mahiyyətcə Ermənistanın təslim olması aktı olan üçtərəfli bəyanat imzalamağa məcbur oldu. Təəssüf ki, bundan sonra Ermənistan tərəfi öz təxribatçı siyasətindən əl çəkmədi, xüsusən də yeni müharibəyə təhrik edən bəyanatlar verdi. Ermənistan Respublikası tərəfindən “mina terroru”, o cümlədən erməni silahlı qüvvələri tərəfdən Azərbaycan mövqelərinin mütəmadi olaraq atəşə tutulması, artıq mövcud olmayan qondarma xunta rejiminin sentyabrda seçkilər keçirməsi rəsmi Bakını lokal xarakterli antiterror əməliyyatlara başlamağa məcbur oldu. 24 saata yaxın davam edən və peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində dövlətimizin suverenliyi tamamilə bərpa olundu. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev həm ölkəmizdə, həm də xaricdə yaşayan milyonlarla azərbaycanlının arzusunu gerçəkləşdirdi. Müstəqilliyini elan etdikdən sonra ilk dəfə olaraq Azərbaycanın suverenliyi onun bütün ərazisini əhatə edir. Bu tarixi hadisənin ən mühüm amili odur ki, bu böyük Qələbə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin planlarına zidd olaraq, dünya ermənilərinin böyük təzyiqlərinə baxmayaraq əldə edildi. Artıq Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Dövlət bayrağını Xankəndində qaldırdı.

Arifə xanım Tağıyeva: Söz ilə əməlin vəhdətini yaratmış Lider


Bu gün şanlı tariximizin zəfər dolu günlərimizin ən gözəl anlarına şahid olduq. Çünki “Heydər Əliyev-2023” ilində onun ən layiqli davamçısı dövlət başçısı cənab İlham Əliyevə xalqımızın ilk dəfə ehtimad göstərdiyi tarixdən ötən 20 ilin bu gününə təsadüf edən 15 oktyabr yubileyini əzəli torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və Xocavənd şəhərlərində Azərbaycanın üçrəngli bayrağını ucaltmaqla qeyd etdik. Olduqca tarixi bir gündür. Bu günün əzəmətini sözlə ifadə etməyə çətinlik çəkirik. Təsəvvür edə bilirsiniz, son 200 ildə ilk dəfə qazandığımız bu nailiyyət xalqımıza görünməmiş miqyasda qələbə sevinci bəxş edib.

İndi tam əminliklə deyirik ki, nə yaxşı 2003-cü ilin oktyabrında, prezident seçkiləri ərəfəsində Ümummilli Lider Heydər Əliyev Azərbaycan vətəndaşlarına tarixi müraciət edərək, xalqın təkidli tələbi ilə hakimyyətə gəlib ikinci dəfə müstəqilliyi itirmək təhlükəsi ilə üzləşən, “ölüm-qalım” dilemması qarşısında qalan ölkəmizi xilas edib, onun hər tərəfli inkişafının əsasını qoymaqla, özündən sonra bu inkişafı zirvəyə daşıya biləcək liderin yalnız və yalnız İlham Əliyev olduğunu söyləmişdi. O haqlı olaraq demişdir ki, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın dəstəyilə İlham Əliyev başa çatdıra bilər. Çünki dahi şəxsiyyət ona özü qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirdi. Taleyüklü məsələnin ən vacibi olan Qarabağ düyünün birdəfəlik həll olunacağına əminliklə inanırdı ki, çıxışlarında uca səslə, böyük əminliklə “vaxt olacaq əziz bayramlarımızı bir gün Şuşada, bir gün Laçında, bir gün Kəlbəcərdə... qeyd edəcəyik”-deyirdi. Bəli, bu gün cənab Ali Baş Komandan separatizmin baş qaldırdığı terrorçu yuvası Xanın kəndində dövlət bayrağımızı qaldırmaqla, bir tərəfdən heç vaxt indiki qədər bizim olmayan Dağlıq Qarabağın əsl sahibi olduğumuzu sübut etməklə de-fakto, de-yure suveren ərazilərimizdə konstitutsiya hüququnu bərpa etmiş oldu, digər tərəfdən isə dahi liderin ehtimadını doğrultmaqla, ona və xalqımıza verdiyi sözü tamamilə yerinə yetirdi.
Arifə xanım Tağıyeva: Söz ilə əməlin vəhdətini yaratmış Lider


Cənab İlham Əliyev bütün bunlara asanlıqla yox, böyük əmək sərf etməklə, qarşısına çıxan minbir çətinlikləri dəf ettməklə nail oldu. Geriyə boylandıqda addım-addım qət etdiyi 20 ildə ölkəmizdə siyasi sabitlik və təhlükəsizliyin qazanılmasını, xalqın bütün təbəqələri arasında birlik və həmrəyliyin yaradılmasını, qüdrətli ordunun formalaşması, ölkənin iqtisadi inkişafı, milli müdafiə qüdrətinin artırılması, xalqın sosial rifahının gücləndirilməsi, vətənini canından çox sevən, onun uğrunda gözüyumulu ölümə gedən vətnəpərvər gəncliyin yetişdirilməsi və daha nələr-nələri... görürük, saymaqla bitmir. Görülən bu işlərdən, əldə olunan uğurlardan saatlarla danışmaq və yazmaq olar. Ancaq bütün bunların fövqündə dayanan onun rəhbərliyi ilə 3 il bundan öncə Vətən Müharibəsi ilə qazanılan böyük qələbəmiz dayanır. Ona görə hər dəfə bunu xüsusi vurğulamağı özümüzə borc bilirik. Burada söhbət təkcə 30 il işğal altında olan torpaqların azad olunmasından getmir. Əsas məslələrdən biri xalqımızın bilərəkdən, məqsədli şəkildə sındırılmış qürurun, əyilmiş qamətinin yenidən dikəldilməsi, ləkələnmiş ləyaqətinin bərpasıdır. Açıq danışmaq lazımdır, bizə yalnız düşmənimiz olan ermənilər deyil, hətta qardaş və dost xalqların nümayəndələri də məğlub ölkənin vətəndaşı kimi baxırdılar. Bu da bizdə “döyüşdə uduzan xalqın nümayəndəsi elmdə, təhsildə və sair qalib ola bilməz” kompleksini yaratmışdı. Bax, İlham Əliyevin böyüklüyü həm də ondadır ki, məğlub ölkəni qalib ölkəyə çevirməklə, xalqını illərlə əziyyət çəkdiyi “məğlubiyyət sindromu”ndan xilas edə bildi. Mənim aləmimdə bir xalqın qəlbində özünə inamını özünə qaytarmaqdan çətin iş ola bilməz.
Arifə xanım Tağıyeva: Söz ilə əməlin vəhdətini yaratmış Lider

Dövlət başçımız İlham Əliyev prezident seçildiyi ilk gündən yaxşı bilirdi ki, mənasız davam etdirilən siyasi danışıqların xalqımızı qane edən heç bir məntiqi nəticəsi olmayacaq. Amma o bu danışıqları davam etdirməyi ona görə məqsədəuyğun sayırdı ki, birincisi, Azərbaycanın Qarabağ həqiqətlərinin dünyanın güc mərkəzlərində tanıdılmasına, siyasi müstəvidə təbliğinə hələ də ehtiyac vardır. İkincisi, onu da yaxşı başa düşürdü ki, müharibə qan-qadadır və o hücum edən tərəfin ailələrinə böyük itki, acı-kədər gətirirəcək. İnsanlarımızın ən böyük sərvət olduğunu hər fürsətdə dilə gətirən prezident İlham Əliyev istəmirdi ki, nəinki bir şəhidimiz, hətta bir əsgərimizin saçının bir teli əskik olmasın. Ona görə bu xüsusda cənab prezident işğaldakı torpaqların sülh yolu ilə qaytarılması üçün düşmən ölkənin iqtisadiyyatına müəyyən maddi dəstək verməyə də razı idi. Amma və lakin düşmən xarici himayədarlarının dəstəyindən şirnikləşərək, nəinki bir qarış torpaqlarımızdan geri çəkilməyi düşünürdü, daha da irəli gedərək “yeni ərazilər üçün yeni müharibə” çağırışları etməkdən belə çəkinmirdilər. Bu təhdidlərin, Ermənistan və keçmiş Dağlıq Qarabağ separatçı başlarının bəzi hallarda xalqımızı aşağılayan, şüşə qəlbli, Şuşa əzəmətli heysiyyatı ilə oynayan hərəkətlərinə böyük səbr və təmkinlik nümayiş etdirən cənab İlham Əliyev sadəcə nəyi, necə, nə vaxt etmək lazım olduğu haqqında düşünürdü. ... Və nəhayət həmin vaxt gəlib yetişdi. Xalqın birliyi, qüdrətli ordusu və ən əsası Ali Baş Komandanın rəhbərliyi ilə cəmi 44 günlük Vətən Müharibəsi və 23 saat 46 dəqiqəlik lokal antiterror əməliyyatı ilə xalqımızı indiyə qədər bu böyüklükdə yaşamadığı sonsuz sevincə qərq etdi.

Bəli, cənab prezidentin də qeyd etdiyi kimi bu gün tarixi bir gündür. Bu gün Ali Baş Komandan Xankəndi şəhərinin mərkəzi meydanında üçrəngli, ay-ulduzlu bayrağımızı göylərə qaldırılmaqla, “Miatsum”, “Artsax” şüarlarını da bir dəfəlik dəfn etdi. O meydanda xalqımızı təhdid edən terrorçubaşları isə əli qandallı şəkildə arzuladıqları Bakıya gətirtdi. İndi biz Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri ilə məşğul oldumuz halda onlar da səbirsizliklə alacaqları ömürlük cəzanı gözləyirlər.
Arifə xanım Tağıyeva: Söz ilə əməlin vəhdətini yaratmış Lider


Təəssüf doğuran hal ondadır ki, bu duruma üzülən yalnız ermənilər, seperatçılar və onların xarici yandaşları deyil, içimizdəki sapı özümizdən olan “baltalar” da xalqımızın böyük qələbəsinə sevinə bilmirlər. Klaviatura qəhrəmanlarının sosial şəbələrdəki profil səhiflərinə nəzər yetirəndə görürük ki, vaxtı ilə cənab İlham Əliyevi Qarabağ və ətraf rayonları heç vaxt azad edə bilməyəcəyi, daha sonra 44 günlük Vətən Müharibəsində Xankəndi, Ağdərə, Xocəvənd, Əsgəran, Xocalını almamaqda ittiham edənlər inidi baş verənlərin qarşılığında heç olmasa üzr istəmirlər, əksinə başqa yalanlar tapıb uydururlar, bir çox hallarda ermənilərə haqq qazandırmağa çalışırlar. Doğurdan özü sevinə bilməyən, başqasının da sevinməsini istəməyənlər bədbəxt adamlardır.

Halbuki Ali Baş Komandan onların bəzilərinin iştirakçısı olduğu, bəzilərinin bərəstiş etdikləri hakimiyyətlərinin dövründə ermənilərə peşkəş edilmiş bu torpaqları azad etməklə həm də onları indiki və gələcək nəsillərin qınaqlarından qurtardı. Təbii ki, dövlət başçısının sizlərin sağ oluna ehtiyacı yoxdur. Onun təvazökarlığına diqqət edin - bu böyüklükdə qələbələrimizdə özünün əsas rolunu həmişə arxa plana keçirməyə çalışır, misilsiz qələbəni şəhid və qazilərimizin sayəsində qazandığımızı hər çıxışında xüsusi vurğulayır, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyir, özünün vəzifəsini isə 20 il bundan əvvəl xalqına verdiyi sözə əməl etməsi və Ümummilli Liderin vəsiyyətini yerinə yetirməsi ilə bitmiş hesab edir. Onun öz sözləridir: “Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”.
Arifə xanım Tağıyeva: Söz ilə əməlin vəhdətini yaratmış Lider


Bütün bunlara rəğmən hamımız çox gözəl anlayırıq ki, qüdrətli rəhbəri olmayan xalq nə qədər qüdrətli orduya sahib olsa da, bacarıqsız, səriştəsiz rəhbərlə ancaq Birinci Qarabağ müharibəsindəki kimi görünməmiş uğursuzluğa düçar olmaq olardı. Yer gəlmişkən bir elm adamı kimi siyasətin dərin elm olduğunu və onun naşı adamları heç sevmədiyini, İlham Əliyev kimi əsl siyasətçinin timsalında bu elmin təntənəsinə bir daha əmin oldum.

Böyük Yaradana isə həmd olsun, bu gözəl günləri xalqımıza yaşadır. Əminəm ki, şəhidlərimizin müqəddəs ruhu daha rahatdır, onların canlarını qurban verib, qanlarının töküldüyü işğaldan qurtulan əsir torpaqlar ana vətənimizə qovuşmaqla ölkəmizə də tamlıq, bütövlük gətirib. Onlara bir ömür borcluyuq, əmanət etdikləri vətəni göz bəbəyimiz kimi qorumaq isə boynumuzun borcudur.

Müzəffər Ali Baş Komandanın da vurğuladığı kimi uca xalqımız bu Qələbəyə layiqdir. Artıq Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi