xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:53 – Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 
  • 13:15 – Azərbaycan Türkmənistana tanker hədiyyə edib 
  • 13:05 – İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub 
  • 13:41 – Prezident fərman imzaladı 

Xalqa ləyaqətli və şərəfli xidmət nümunəsi - İdris Məhərrəmov

28-08-2023, 13:38 141 dəfə baxılıb

Xalqa ləyaqətli və şərəfli xidmət nümunəsi - İdris Məhərrəmov



N saylı hərbi hissənin qərargah rəisi İdris Məhərrəmov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim İdris Məhərrəmovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən İdris Məhərrəmov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, N saylı hərbi hissənin qərargah rəisi İdris Məhərrəmova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

N saylı hərbi hissənin qərargah rəisi İdris Məhərrəmov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən İdris Məhərrəmov bu işin müqəddəsliyini qoruyub saxlayır. İdris Məhərrəmov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

İdris Məhərrəmov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

İdris Məhərrəmov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

İdris Məhərrəmov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə İdris Məhərrəmov özünü doğruldub. Bizdə hörmətli İdris Məhərrəmovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

N saylı hərbi hissənin qərargah rəisi İdris Məhərrəmov - “Laçın” sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq məqsədilə yaradılıb. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin öz müstəqil hüquqları çərçivəsində atdığı qanuni və zəruri bir addımdır və bütün beynəlxalq prinsiplərə uyğundur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.

Xalqa ləyaqətli və şərəfli xidmət nümunəsi - İdris Məhərrəmov


Ermənilərin “Qara qapı” adlandırdıqları və I Qarabağ müharibəsi zamanı ərazisindən istifadə etməklə çoxlu silah-sursat və hərbi texnika daşıdığı Laçın şəhəri önəmli strateji əhəmiyyətə malikdir. Azərbaycanın Ermənistanla sərhədində Laçın rayonu ərazisində Həkəri çayı üzərində 23 aprel 2023-cü ildə” Laçın” sərhəd-buraxılış məntəqəsini qurması suverenliyimizin və ərazi bütövlüyümüzün tam şəkildə bərpası deməkdir. Eyni zamanda gələcəkdə regiondakı sülh və stabilliyin təməlidir.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin öz müstəqil hüquqları çərçivəsində atdığı qanuni və zəruri bir addımdır və bütün beynəlxalq prinsiplərə uyğundur. Bu addım həm Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq, həm də qeyri-qanuni silah, sursat ,mina, terrorçu daşınmasının qarşısını almaq üçün ən optimal həll yoludur. Bu məntəqədən erməni əsilli şəxslərlə yanaşı, Rusiya pasportu daşıyan şəxslərin də maneəsiz və sərbəst keçidinə şərait yaradılır."Laçın" sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, seperatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. Qürur duyulası hal isə ondan ibarətdir ki, bir zamanlar torpaqlarımızı işğal edən, soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin salan, onları qətlə yetirən düşmən indi şanlı Azərbaycan bayrağının altından keçərək, sərhədçilərimizin önündədinməz-söyləməz farağat dayanır

Xalqa ləyaqətli və şərəfli xidmət nümunəsi - İdris Məhərrəmov


LakınErmənistan tərəfi və onu himayə edən mənfur qüvvələr vəziyyəti gərginləşdirməklə yanaşı müxtəlif səpgili təxribatlar həyata keçlrırlər. Azərbaycanı Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirən erməni hakimiyyəti əslində öz təcavüzkar mövqeyini ortaya qoymuş olur. Tarix boyunca ölkəmizə qarşı qərəzli mövqe tutan, təhrif olunmuş informasiyalar yayan, süni qalmaqallar yaradan erməni milləti Laçın sərhəd-buraxılış məntəqəsi ətrafında da oyunlar qurmağa çalışır.
Lakin Ali Baş Komandanımızın vurğuladığı kimi; "Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var".


Xalqa ləyaqətli və şərəfli xidmət nümunəsi - İdris Məhərrəmov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi