xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 
  • 12:04 – Qəbələdə Çexiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR 

Xəqani Qaybalıyev: Uğurlu inkişafın Azərbaycan modeli

14-08-2023, 10:00 156 dəfə baxılıb

Xəqani Qaybalıyev: Uğurlu inkişafın Azərbaycan modeli


“Şəmkir Aqropark” MMC Cənubi Qafqazda ilk "Aqropark" formatlı kənd təsərrüfatı layihəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 16 aprel 2014-cü il tarixli, "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı"ndan irəli gələn aqroparkların yaradılması ilə bağlı göstərişə əsasən 15.11.2014 tarixində ölkə başçısının Şəmkir şəhərinə səfəri zamanı Şəmkir Aqropark logistika mərkəzinin təməli qoyulmuşdur. Təməli 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulan “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin 20.08.2017-ci ildə açılışı olub.

Kompleks beynəlxalq formatda fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş biznes layihəsidir. Şəmkir Aqroparkın fəaliyyəti müasir istehsal, logistika və satış texnologiyalarına əsaslanır
Aqroparkın yaradılması ölkənin ixrac həcminin artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, intensiv metodların geniş tətbiqində, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin yaradılmasında əhəmiyyətli rol oynayacaqdır. Eyni zamanda Aqropark kiçik fərdi istehsalçı səviyyəsindən geniş miqyaslı aqrar sənaye istehsalına keçidin və xarici bazarlara stabil və etibarlı çıxışın təmin edilməsinə şərait yaradacaq, innovativ texnologiyaların, həmçinin vahid standartların tətbiqi və son məhsulda davamlı keyfiyyətin əldə edilməsini şərtləndirəcəkdir.
Aqroparkın ümumi ərazisi 604 hektar təşkil edir. Aqroparkda 1-ci mərhələ üzrə nəzərdə tutulan işlər artıq yekunlaşmışdır. Belə ki, tutumu 24 min ton olan Logistik Mərkəz, Bir Pəncərə Kompleksi, TIR parkı, avtodayanacaq, helikopter meydançası və laboratoriya yaradılmışdır.

• Sahibkarlara müasir texnologiyalara əsaslanan xidmətlər təklif etməklə biznes tərəfdaşı kimi onların etimadını qazanmaq.
• İstehlakçılara keyfiyyətli və ekoloji təmiz məhsullar təklif etməklə onların istəklərini qarşılamaq.
• Kənd təsərrüfatı sahəsində innovativ xidmətləri tətbiq etməklə qeyri-neft sektorunun inkişafı strategiyasının tərkib hissəsinə çevrilmək və Azərbaycan Respublikasının ixrac potensialını artırmaq



STRATEGİYAMIZ
1. Kənd təsərrüfatının inkişafı üzrə dövlət siyasəti
• Azərbaycan Respublikasının regionlarının inkişafı dövlət proqramına töhvə vermək
• Təsərrüfatlara ayrılan güzəştli kreditlərin verilməsi, toxumçuluq, tingçilik fəalliyətlərinin dəstəklənməsi, istehsal xərcləri üçün ianələrin verilməsi.
2. Sosial Əhatə
• Kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən bütün iştirakçılar üçün Şəmkir Aqropark layihəsinin ümumi elmi-praktiki və biznes innovasiyaları mərkəzinə çevrilməsi
• Kənd təsərrüfatı sahəsində mövcud məsələlərin birgə həlli
3. Biznes
• E-kommersiya satış platformunun yaradılması, kənd təssərüfatı məhsullarının hərracının keçirilməsi, müasir satış metodlarının istifadə olunması
• "Made in Azerbaijan" brendinin xarici bazarlarda, biznes forumlarda və sərgilərdə təşviqi
Xəqani Qaybalıyev: Uğurlu inkişafın Azərbaycan modeli


Xəqani Qaybalıyev: Uğurlu inkişafın Azərbaycan modeli


"Şəmkir Aqropark"ın direktoru Xəqani Qaybalıyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Xəqani Qaybalıyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Xəqani Qaybalıyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Xəqani Qaybalıyev: Uğurlu inkişafın Azərbaycan modeli


Xəqani Qaybalıyev: Uğurlu inkişafın Azərbaycan modeli


Xəqani Qaybalıyev: Uğurlu inkişafın Azərbaycan modeli


"Şəmkir Aqropark"ın direktoru Xəqani Qaybalıyev - “Son 20 ilə yaxın dövrün iqtisadi uğurlarına diqqət yetirdikdə dayanıqlı inkişafın təmin edilməsində regionların payının ildən-ilə artdığını böyük əminliklə qeyd edirik. Dövlət başçısı İlham Əliyevin 2003-cü ildə qarşıya qoyduğu “Neft kapitalını insan kapitalına çevirək!”, həmçinin “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” çağırışları artıq reallıqdır. Regionların inkişafı sahəsində qəbul edilən və uğurla həyata keçirilən Dövlət Proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı Sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına stimul oldu. Artıq cari ildə sayca dördüncü Dövlət Proqramının icrası başa çatır. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənən zaman 2004-2018-ci illərdə üç sənədin icra olunması nəticəsində əldə olunan sosial-iqtisadi göstəricilərə söykənərək regionların inkişafının qarşıdakı dövrdə də inkişaf etdirilməsi əsas vəzifə kimi qarşıya qoyuldu. Dördüncü Dövlət proqramının icra olunduğu 2019-2023-cü illərə nəzər salsaq görərik ki, bu mərhələ dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi, 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanması və son iki ildən artıqdır ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması ilə xarakterizə edilir. Ölkəmizdə iqtisadi islahatlar daha da dərinləşdirildi, heç bir sosial layihə təxirə salınmadı. Təbii ki, bu, ölkəmizin iqtisadiyyatını düzgün əsaslar üzərində qurmasına, iqtisadi müstəqilliyin təmin edilməsi ilə siyasi mövqeyimizin möhkəmlənməsinə əsaslanır.”
Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bu günümüzə hesablanmış mühüm addım oldu: “Azərbaycan bu gün neft strategiyasının uğurlarını yaşayır. Qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı olaraq sürətlə inkişaf etdirilir. Neft-qaz gəlirlərindən əldə edilən vəsaitlərin ölkəmizin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələrin reallığa çevrilməsinə yönəldilməsi Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasında, təkmil inkişaf modelinin nümunə göstərilməsində stimulverici amildir. Keçilən yol bu reallığı təsdiqləyir ki, hər bir ölkənin dayanıqlı inkişafı iqtisadi artımın sağlam və tarazlı olmasını təmin etməklə mümkündür. İki ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, bütün regionların inkişafının diqqətdə saxlanılması, yeniləşməsi, təkmilləşməsi ölkəmizin iqtisadi və maliyyə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Hazırkı dövrün əsas çağırışlarından biri tarixi sahibinə qovuşmuş torpaqlarımızda bərpa-quruculuq işlərinin aparılması və bu proseslə paralel şəkildə soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışıdır. Qısa zamanda görülən işlərin miqyası, həmçinin soydaşlarımızın qayıdışı Azərbaycanın iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Ölkəmizin tarixi Zəfərindən sonra dərhal bərpa-quruculuq işlərinə başlaması dünya hərb tarixində ilkə imza atması kimi xarakterizə edilir. Müharibədən yeni çıxmış bir ölkə dünyaya təkmil dirçəliş modelini təqdim edir.”

Dövlət başçısı İlham Əliyevin avqustun 7-də Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri, açılışında iştirak etdiyi sosial obyektlərin say tərkibi və mahiyyəti ümumilikdə regionlarımızın inkişaf mənzərəsini nümayiş etdirir: “Bu səfər dövlətimizin başçısının 2021-ci ildə təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in icrasına doğru atılan addımların tərkib hissəsidir. Milli Prioritetlər işğaldan azad edilmiş ərazilərimiz də daxil olmaqla bütün bölgələrimizin gələcək inkişafı üçün yol xəritəsidir. Digər Dövlət proqramlarında olduğu kimi, Milli Prioritetlərdə də uzunmüddətli dövrdə regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaq mühüm vəzifə kimi qeyd edilir. Son 20 ilə yaxın dövrdə bölgələrdə inkişafın paytaxtla tarazlaşdırılması üçün zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, ABAD, DOST mərkəzlərinin coğrafiyasının genişləndirilməsi bir daha vətəndaş amilinin dövlət siyasətinin əsasında dayandığını təsdiqləyir. Cənab İlham Əliyev Bərdə rayonuna səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak etdi.”

Xəqani Qaybalıyev böyük qürur hissi ilə diqqəti işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərə və soydaşlarımızın Böyük Qayıdış proqramı çərçivəsində dogma yurd-yuvalarına mərhələli şəkildə qayıdışına yönəldib: “Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndlərinə, Laçın şəhərinə qayıdışın davamı olaraq avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə, avqustun 7-də isə Laçın rayonunun Zabux kəndinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirdi. Mərhələli şəkildə həyata keçirilən bu qayıdış həm ölkəmizin iqtisadi inkişafının, həm də xalqımızın qurucu xalq olduğunun, ən əsası bu torpaqların sahibinin biz olduğumuzun dünyaya təqdimatıdır. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq bu torpaqlarda müasir tələblərə uyğun şərait yaradılır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, bütün planlar nəzərdə tutulduğu vaxtdan əvvəl həyata keçirilir.”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi