xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 
  • 12:04 – Qəbələdə Çexiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR 

Atamoğlan Babayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insanlardır

9-08-2023, 11:33 33 dəfə baxılıb

Atamoğlan Babayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insanlardır




Bərdə rayon Suvarma Sistemləri İdarəsinin rəisi Atamoğlan Babayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Atamoğlan Babayevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Atamoğlan Babayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Bərdə rayon Suvarma Sistemləri İdarəsinin rəisi Atamoğlan Babayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Xezerinformasiya.com olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Bərdə rayon Suvarma Sistemləri İdarəsinin rəisi Atamoğlan Babayev haqqında iftira və böhtanlarla bağlı məsələ tam araşdırılmış və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.


Bərdə rayon Suvarma Sistemləri İdarəsinin rəisi Atamoğlan Babayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insanlardır.

Bərdə rayon Suvarma Sistemləri İdarəsinin rəisi Atamoğlan Babayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdırlar.

Bərdə rayon Suvarma Sistemləri İdarəsinin rəisi Atamoğlan Babayev - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün istiqamətlərdə olduğu kimi informasiya cəbhəsində də Azərbaycan Respublikasının maraqlarını müdafiə etmək üçün hər zaman qətiyyətlə və əzmlə mübarizə aparır. Ölkə başçımız həm 44 günlük Vətən müharibəsi dövründə, həm də tarixi Zəfərimizdən sonrakı dövrdə dünyanın aparıcı televiziya kanallarına çoxsaylı müsahibələr vermişdir. Prezident İlham Əliyev öz müsahibələrində həmişə Azərbaycanın beynəlxalq hüquq normalarına söykənən ədalətli mövqeyini tutarlı faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bütün bunlar isə Ermənistanın ölkəmizə qarşı apardığı saxta informasiya təbliğatının qarşısının alınmasında çox önəmli rol oynayır. Azərbaycan haqlı tərəfdir və haqq səsimiz də dövlət başçımız tərəfindən dünya ictimaiyyətinin diqqətinə çatdırılır.
Atamoğlan Babayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insanlardır

22 iyul 2023-cü il tarixində Şuşada “Euronews” televiziya kanalına Prezident İlham Əliyevin verdiyi müsahibədə Ermənistan cəmiyyətinə ünvanlanmış önəmli mesajlar var idi. Ölkə başçımız Azərbaycanın Ermənistan ilə apardığı sülh danışıqlarının gedişatı barədə ətraflı məlumat verdi və qeyd etdi ki, yekun sülh beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq imzalanmalıdır. Azərbaycanla Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr qurulanda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların öz doğma ata-baba torpaqlarına qayıtmaq hüququ var. Ermənistan dövləti soydaşlarımızın bu hüququnu tanımalıdır. Həmçinin də erməni icması Azərbaycan tərəfinin və beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdır. Ermənistan həqiqətən sülh istəyirsə beynəlxalq hüquq normalarına hörmətlə yanaşmalıdır.

“Euronews” televiziya kanalına verilən müsahibədə dövlət başçısı İlham Əliyev tərəfindən səsləndirilən digər bir mühüm mesaj ondan ibarət oldu ki, ermənilər üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır. Ermənistanın bu gerçəyi anlaması və qəbul etməsi Cənubi Qafqazda qalıcı sülhə doğru atılmış mühüm addım olar. Faktiki olaraq erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunun tikintisi başlayanda, yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında müsbət istiqamətdə təmaslar olmuşdu. Belə təmaslar isə sülh prosesinə müsbət töhfələr verir və qarşılıqlı etimad mühiti yaradır.
Atamoğlan Babayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insanlardır

Qarabağda yaşayan etnik ermənilər bir həqiqəti də başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Azərbaycanda müxtəlif etnik azlıqların nümayəndələri sərbəst şəkildə yaşayırlar və onlar Azərbaycan cəmiyyətinin bir parçasıdırlar. Azərbaycan bayrağı altında yaşamağa hazır olan, Azərbaycan qanunlarına hörmətlə yanaşan hər bir vətəndaşın təhlükəsizliyi, hüquq və azadlığı Azərbaycan dövləti tərəfindən lazımi səviyyədə təmin ediləcəkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi