xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

Turxan Mahmudov: Azərbaycan bayrağı altında...

7-08-2023, 12:14 288 dəfə baxılıb






TAC Residence Yaşayış Kompleksinin rəhbəri Turxan Mahmudov - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün istiqamətlərdə olduğu kimi informasiya cəbhəsində də Azərbaycan Respublikasının maraqlarını müdafiə etmək üçün hər zaman qətiyyətlə və əzmlə mübarizə aparır. Ölkə başçımız həm 44 günlük Vətən müharibəsi dövründə, həm də tarixi Zəfərimizdən sonrakı dövrdə dünyanın aparıcı televiziya kanallarına çoxsaylı müsahibələr vermişdir. Prezident İlham Əliyev öz müsahibələrində həmişə Azərbaycanın beynəlxalq hüquq normalarına söykənən ədalətli mövqeyini tutarlı faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bütün bunlar isə Ermənistanın ölkəmizə qarşı apardığı saxta informasiya təbliğatının qarşısının alınmasında çox önəmli rol oynayır. Azərbaycan haqlı tərəfdir və haqq səsimiz də dövlət başçımız tərəfindən dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

22 iyul 2023-cü il tarixində Şuşada “Euronews” televiziya kanalına Prezident İlham Əliyevin verdiyi müsahibədə Ermənistan cəmiyyətinə ünvanlanmış önəmli mesajlar var idi. Ölkə başçımız Azərbaycanın Ermənistan ilə apardığı sülh danışıqlarının gedişatı barədə ətraflı məlumat verdi və qeyd etdi ki, yekun sülh beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq imzalanmalıdır. Azərbaycanla Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr qurulanda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların öz doğma ata-baba torpaqlarına qayıtmaq hüququ var. Ermənistan dövləti soydaşlarımızın bu hüququnu tanımalıdır. Həmçinin də erməni icması Azərbaycan tərəfinin və beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdır. Ermənistan həqiqətən sülh istəyirsə beynəlxalq hüquq normalarına hörmətlə yanaşmalıdır.

“Euronews” televiziya kanalına verilən müsahibədə dövlət başçısı İlham Əliyev tərəfindən səsləndirilən digər bir mühüm mesaj ondan ibarət oldu ki, ermənilər üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır. Ermənistanın bu gerçəyi anlaması və qəbul etməsi Cənubi Qafqazda qalıcı sülhə doğru atılmış mühüm addım olar. Faktiki olaraq erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunun tikintisi başlayanda, yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında müsbət istiqamətdə təmaslar olmuşdu. Belə təmaslar isə sülh prosesinə müsbət töhfələr verir və qarşılıqlı etimad mühiti yaradır.

Qarabağda yaşayan etnik ermənilər bir həqiqəti də başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Azərbaycanda müxtəlif etnik azlıqların nümayəndələri sərbəst şəkildə yaşayırlar və onlar Azərbaycan cəmiyyətinin bir parçasıdırlar. Azərbaycan bayrağı altında yaşamağa hazır olan, Azərbaycan qanunlarına hörmətlə yanaşan hər bir vətəndaşın təhlükəsizliyi, hüquq və azadlığı Azərbaycan dövləti tərəfindən lazımi səviyyədə təmin ediləcəkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi