Mirsaleh Seyidov: Ədalətli və prinsipial mövqe
10-07-2023, 12:34
42 dəfə baxılıb
Xezerinformasiya.com rəhbərliyi və kollektivi olaraq, Mirsaleh Seyidovu Penitensiar xidmətin rəisi təyin olunması münasibəti ilə təbrik edirik.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovdur.
Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Mirsaleh Seyidov bu işin müqəddəsliyini qoruyub saxlayır. Mirsaleh Seyidov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Mirsaleh Seyidov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Mirsaleh Seyidov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Mirsaleh Seyidov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Mirsaleh Seyidovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Mirsaleh Seyidov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov - Bu gün Azərbaycanın beynəlxalq müstəvidə olan ədalətli və prinsipial mövqeyi dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Ölkəmizin daim sülh tərəfdarı olmaqla hər cür terrora, soyqırıma və müstəmləkəçiliyə qarşı barışmaz münasibəti dünya dövlətləri və xalqları tərəfindən birmənalı qarşılanır və Azərbaycana yüksək beynəlxalq etimad göstərilir.
Bunu müasir tarix, qloballaşan dünyada baş verən hadisələr və günümüzün reallığı təsdiq edir. Eyni zamanda iyulun 5-6-da Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər iclası zamanı Qoşulmama Hərəkatının üzv dövlətləri, hərəkat yanında müşahidəçi statusu almış dövlətlər və beynəlxalq təşkilatlar, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri daxil olmaqla ümumilikdə 93 ölkə, 11 beynəlxalq təşkilatın iştirakı ilə açıqlanan faktlar, müzakirə olunan məsələlər və qəbul edilən qərarlar deməyə əsas verir ki, daim ikili standartlar yürüdən, terrora və Erməni separatizminə dəstək verən, müstəmləkəçilik siyasəti ilə digər xalqları istismar edən Fransadan fərqli olaraq Azərbaycanda tolerantlıq prioritet təşkil edir və dövlət siyasəti dürüstlüyə və haqq ədalətə əsaslanır.
Azərbaycan neokolonializm meyllərinin artmasından olduqca narahatdır və özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən neokolonializmi hələ də davam etdirən ölkələrdən biri isə Fransadır. Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib və Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Öz müstəmləkəçilik keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Fransanın Afrika və Cənub-Şərqi Asiya ölkələri qarşısında günahları bağışlanmazdır və məsuliyyəti heç bir ölçüyə sığmır. Bu gün Qayanadakı xüsusilə acınacaqlı olan sosial vəziyyətə görə Fransa günahkardır. Əhalisinin 50 faizindən çoxu yoxsulluq səviyyəsində olan, təbii sərvətlər talan edilən Qayana torpaqlarının 90 faizi Fransa dövlətinin şəxsi mülkiyyətindədir. Budur ölkədə irqçiliyi və islamofobiyanı təbliğ edən “Fransa demokratiyası”nın iç üzü.
Bu gün Ermənistan 30 il ərzində işğal edərək barbarcasına talan etdiyi Azərbaycan torpaqlarından 44 günlük müharibə zamanı məğlub olaraq çıxmasına baxmayaraq, Fransaya arxalanaraq sülh öhdəliklərinə əməl etmir, ərazilərimizdə ekoloji fəlakət törədir, yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngitmək məqsədilə torpaqlarımıza minalar basdırmaqda davam edir. Rəsmi Fransa isə nəinki riyakarcasına Ermənistanın hərbi cinayətlərinə göz yumur, hətta Ermənistana açlq-aşkar dəstək verir.
Ona görə də haqlı olaraq Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər iclası çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunan tədbirdə iştirakçılar Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında de-fakto mövcud olan köləliyin tamamilə aradan qaldırılması üçün zəruri addımların atılması istiqamətində fikir mübadiləsi aparıblar və sonda qəbul edilən Bəyanatda Fransanın müstəmləkəçilik siyasətini davam etdirdiyi və insan hüquqlarını pozduğu qeyd olunub. İştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılmasına dair razılığa gəliblər və əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.
Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı mübarizədə vahid və sarsılmaz” mövzusunda keçirilən nazirlər iclasının yekunları üzrə qəbul edilmiş Bakı Bəyannaməsində Qoşulmama Hərəkatına üzv olan ölkələr nüvə güclərini Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməyə çağırıblar. 33 bənddən ibarət Bakı Bəyannaməsi BMT Nizamnaməsinin məqsədlərinə, prinsiplərinə və müddəalarına, habelə ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinə dair beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin üzərinə götürdüyü öhdəliklərin sədaqətlə yerinə yetirilməsinə sadiqliyini ifadə edir. Sənəddə bütün ölkələrin digər dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə, suveren bərabərliyinə, siyasi müstəqilliyinə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət etməsi, daxili işlərə qarışmamaq prinsiplərinə riayət etməsi, silahlı qüvvələrə qarşı güc tətbiq etməklə hədələməkdən və ya güc tətbiq etməkdən çəkinməsi qeyd olunub.
Tarixi ənənələrinə sadiq qalan Azərbaycan həmişə olduğu kimi, bu gün də hər cür terrora, soyqırıma və müstəmləkəçiliyə qarşıdır və Qoşulmama Hərəkatına üzv olan ölkələr Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR