«AZAD LOGİSTİKA» Bir neçə il beynəlxaq və ölkə daxili yük daşıma sahəsində peşəkarlıqla fəaliyyət göstərir
6-07-2023, 14:04
108 dəfə baxılıb

Bizim xidmətlərimiz yüklərinizin Rusiya, Gürcüstan, Türkiyə, İran, Ukrayna, Belarusya, və s. ölkələrə və ölkələrdən daşınmasına imkan yaradır. Fəaliyyətlərimiz sizin biznesiniz üçün ideal həll yoludur. Yükdaşımanı bizə etibar edin. Biznesinizin inkişafına şərait yaradın.
İş prinsipi:
Dünyanın bir sıra nöqtələrinə sürətli və münasib qiymətlərə daşınmaların təmin edilməsini, daşınma prosesinin başdan sona qədər əməkdaşlarımız tərəfindən nəzarətdə saxlanmasını, müştərilərimizin operativ məlumatlandırılmasını və daşınmalarda təhlükəsizlik prinsiplərinə xüsusi diqqət ayrılmasını özümüzə prioritet seçmişik. O cümlədən, son texnoloji yeniliklərin və tələb olunan beynəlxalq standartların işimizin hər sahəsinə tətbiq edilməsi,sizin istəklərə layiqincə cavab vərməyə bizə imkan yaradır. Uzaq məsafələri bizə və sizə yaxın edən əməkdaşlıqdan məmnun qalacağınıza ümid edirik.
BIZIM XIDMƏTLƏR:
TIR- üzrə yük daşıma.
Dəmir yolu üzrə yük daşıma.
Yüklərin sığortası.
Gömrük xidmətləri (elektron tranzit deklarasiya).
İcbari sığorta, yaşıl kart, kasko sığorta.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “Azad Logistika” MMC-nin direktoru Azad müəllimin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
“Azad Logistika” MMC-nin direktoru Azad müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Azad müəllimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Azad müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Azad Logistika” MMC-nin direktoru Azad müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Azad Logistika” MMC-nin direktoru Azad müəllimdir.
“Azad Logistika” MMC-nin direktoru Azad müəllim peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Azad müəllim bu işin müqəddəsliyini qoruyub saxlayır. Azad müəllim kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Azad müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Azad müəllim insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Azad müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Azad Logistika” MMC-nin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Azad müəllim özünü doğruldub. Bizdə hörmətli Azad müəllimi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
“Azad Logistika” MMC-nin direktoru Azad müəllim - Qədim tarixə, zəngin ənənələrə malik Azərbaycan xalqı bu il böyük fərəh və qürur hissi ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Ulu Öndər öz gərgin və yorulmaz fəaliyyəti sayəsində dövlətçiliyimiz üçün çox möhkəm, həm də eyni zamanda sağlam təməllər formalaşdırdı. Ümummilli Liderimizin fəaliyyəti həm çoxşaxəli olmuşdur, həm də burada ölkəmizin gələcək inkişaf kursu böyük uzaqgörənliklə nəzərə alınmışdır. Ulu Öndər Heydər Əliyev çox gözəl bilirdi ki, hər bir dövlətin müstəqil yaşamasının ən vacib şərti onun özünümüdafiə qabiliyyətinin yüksək olması və güclü orduya sahiblənməsidir. Ulu Öndər bu məqamı öz çıxışlarında da hər zaman xüsusi olaraq vurğulayırdı.
Bütün digər sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də Ulu Öndər Heydər Əliyev ənənələri Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Son illər ərzində Azərbaycan Ordusu dayanmadan inkişaf etdirilmiş və onun döyüş qabiliyyəti, maddi-texniki təminatı yüksək səviyyəyə qaldırılmışdır. Azərbaycan Respublikası dünyanın bir sıra aparıcı dövlətləri ilə hərbi-texniki əməkdaşlığını genişləndirir ki, bu da həm təchizat, həm də döyüş bacarığının artırılması baxımından silahlı qüvvələrimizə öz müsbət təsirlərini göstərir.
Azərbaycan Respublikası öz müdafiə imkanlarını genişləndirməklə yanaşı, danışıqlar prosesində hər zaman sülh istəklərini ortaya qoyur və Cənubi Qafqazda qalıcı sülhə nail olunması baxımından yorulmadan fəaliyyət göstərir. Təəssüflər olsun ki, bu sülh çağırışlarımızı Ermənistan cavabsız qoyur. Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm də daha çox Ermənistana lazımdır. Xarici qüvvələrin əlində oyuncağa çevrilmiş Ermənistan sülhdən yayınmağa çalışmaqla əslində öz sonunu yaxınlaşdırır. Sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında, ədalətli şərtlərlə imzalanmalıdır və burada postmüharibə reallıqları mütləq şəkildə nəzərə alınmalıdır. Çünki, Azərbaycan 44 günlük Vətən müharibəsində qalib tərəfdir. Bu qalibiyyət isə qəhrəman Azərbaycan oğullarının canı və qanı bahasına əldə edilmişdir.
Ermənistan 2022-ci ilin oktyabr ayında ABŞ-da keçirilmiş danışıqlarda rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Ancaq Ermənistan bu razılaşmaya rəsmi şəkildə imza atmalıdır. Yalnız belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh bərqərar olar. Ermənistan ən son reallıqları dərk edərək düzgün nəticələr çıxarmalıdır. Bu gün güc ölkəmizin tərəfindədir, zaman da bizim mövqeyimizi gücləndirir. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. 30 illik işğala, bədnam qonşularımız tərəfindən törədilmiş hərbi cinayətlərə baxmayaraq Azərbaycan hələ də təmkinlə, səbrlə davranır və Ermənistanın sülh təkliflərimizi qəbul edəcəyini gözləyir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev 23 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağını təqdim edərkən Ermənistana və onun havadarlarına çox önəmli mesajlar ünvanladı. Qalır onların cənab İlham Əliyevin səsləndirdiyi mesajlardan doğru nəticələr çıxarmağı.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR