xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

Turqay Qəribov: Zaman mövqeyimizi gücləndirir

5-07-2023, 15:53 176 dəfə baxılıb

Turqay Qəribov: Zaman mövqeyimizi gücləndirir



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Ramana bələdiyyəsinin sədri Turqay Qəribovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Ramana bələdiyyəsinin sədri Turqay Qəribov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Turqay Qəribovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Turqay Qəribov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ramana bələdiyyəsinin sədri Turqay Qəribova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ramana bələdiyyəsinin sədri Turqay Qəribovdur.

Ramana bələdiyyəsinin sədri Turqay Qəribov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Turqay Qəribov bu işin müqəddəsliyini qoruyub saxlayır. Turqay Qəribov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Turqay Qəribov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Turqay Qəribov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Turqay Qəribov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Ramana bələdiyyəsinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Turqay Qəribov özünü doğruldub. Bizdə hörmətli Turqay Qəribovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Ramana bələdiyyəsinin sədri Turqay Qəribov - Müstəqil müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən əsas amalını doğma torpaqlarımızın-Qarabağın işğaldan azad olunması kimi elan etmişdi. Bəli, təsadüfi deyil ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də dəfələrlə bildirib ki, qüdrətli sələfinin ona ən önəmli vəsiyyəti məhz Qarabağın işğalına son qoyulması məsələsi olub. 1988-ci illərin sonu 90-cı illərin başlanığıcı ölkəmizdəki vəziyyət son dərəcədə gərgin və acınacaqlı idi. Torpaqlarımız işğala məruz qalmış, vətəndaşlarımız isə qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Xaqımızın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmiz böyük inkişaf yoluna qədəm qoydu. Bu inkişaf sahələrindən biri də məhz 1993-cü ilin sonlarından başlayan ordu quruculuğu siyasətinin uğurla həyata keçirilməsidir. Ordu quruculuğu siyasəti 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən daha müasir və sürətli mərhələyə qədəm qoydu. Xüsusilə qeyd etmək lazımdır ki, 2013-cü ildən Ali Baş Komandanın rəhbərliyi altında keçirilən hərbi islahatların yeni mərhələsi isə Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına çıxardı. Məhz bu uğurlu addımların nəticəsi idi ki, Azərbaycan Ordusu cənab Ali Baş Komandanın ali rəhbərliyi ilə Ermənistan ordusunun terror-təxribat aktına cavab olaraq, 2016-cı il Aprel döyüşlərində, 2018-ci il Günnut əməliyyatında, 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində gedən döyüşlərdə və nəhayət 2020-ci il 27 sentyabr tarixində başlayan haqq savaşımızda-Vətən müharibəsində düşmənə ən layiqli cavab verməklə, düşməni döyüş meydanında darmadağın etdi. Bütün bunlar əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilən bənzərsiz ordu quruculuğu siyasətinin bariz nümunəsidir. Bu gün Ordunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmətin nümunəvi təşkili, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Turqay Qəribov: Zaman mövqeyimizi gücləndirir

Bildiyimiz kimi, cari ilin 23 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Prezident İlham Əliyev tədbirdə səmimi və tarixi məzmunlu çıxışı ilə bir daha bəyan etdi ki, Azərbaycan Ordusu qüdrətli və sarsılmazdır.

İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Təbii ki, işğal dövründə ordu quruculuğu bizim üçün bir nömrəli vəzifə idi və Ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq. Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır. İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Şuşa azad olunandan sonra Ermənistan dövləti və hökuməti öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur.
Turqay Qəribov: Zaman mövqeyimizi gücləndirir

Bəli, bu ifadələr xüsusi məna daşıyır və onu deməyə əsas verir ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilib, biz öz doğma dədə-baba torpaqlarımızda əbədi olaraq yaşayacağıq. Qədirbilən xalqımız yaxşı bilir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hələ bundan sonra bütün sahələr üzrə ölkəmizdə çox sayda möhtəşəm layihələr həyata keçiriləcək və nəhəng inkişaf proqramları yerinə yetiriləcəkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi