xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

Ayaz Əsgərov: Müdrik siyasətin nəticəsi

24-06-2023, 11:41 62 dəfə baxılıb

Ayaz Əsgərov: Müdrik siyasətin nəticəsi


Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov - 1990-cı illərin əvvəllərində Azərbaycanda hər bir sahədə dərin böhran, xaos, özbaşınalıq, anarxiya hökm sürürdü. Həmin dövrlərdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi səbəbindən ölkə iqtisadiyyatı çökmüş, əhalinin sosial durumu son dərəcə ağırılaşmış, torpaqlarımız erməni qəsbkarları tərəfindən işğal olunmuşdur. Artıq vəziyyət o qədər ağır həddə çatmışdı ki, suverenliyimiz təhdid altında idi, Azərbaycan, vətəndaş müharibəsi və müstəqilliyinin itirilməsi kimi təhlükələrlə üz-üzə qalmışdı. Belə bir ağır zamanda xalqımızın yeganə ümid çırağı Azərbaycan xalqının xilaskarı Heydər Əliyev idi. Xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ümummilli Liderimiz Heydər Əliyev, 1993-cü ilin 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Elə həmin gün parlamentin tarixi iclasında çıxış edən Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasını, möhkəmləndirilməsini, inkişaf etdirməsini özü üçün əsas vəzifələrdən biri hesab etdiyi bildirdi. Eyni zamanda Ümumilli Lider Heydər Əliyev ömrünün bundan sonrakı hissəsini, harada olmağından asılı olmayaraq yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyini və bundan sonra heç zaman Azərbaycan Respublikasının müstəqilliyini itirməyəcəyini, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəyini qətiyyətlə vurğuladı. Parlamentin 1993-cü il 24 iyun tarixində keçirilən növbəti iclasında Milli Məclis, Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi.

Ümumilli Liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi qısa dövr ərzində Azərbaycan parlamentinin ruhu kökündən dəyişdi, parlamentarizm ənənələrinə yeni nəfəs, Milli Məclisə siyasi mədəniyyət gəldi. Dahi Heydər Əliyev Dühasının fəaliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.

Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində çox qısa müddət ərzində ölkəmizdə mövcud ictimai-siyasi böhran aradan qalxdı, asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu, nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Bu proseslərin davamı olaraq idarəetmə sistemi formalaşdırıldı, Əsrin Müqaviləsi və digər enerji müqavilələri imzalandı. Bütün bunlar Azərbaycanda böyük iqtisadi dirçəlişin yaranması ilə nəticələndi. Eyni zamanda qanunvericilik sahəsində də böyük islahatlar aparıldı, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Bununla da ölkədə hökm sürən ictimai-siyasi böhran aradan qalxmaqla yanaşı Azərbaycanın sürətli inkişafının əsası qoyuldu.

Azərbaycan Xalqı çox xoşbəxt xalqdır ki, onun tarixində Heydər Əliyev kimi qorxmaz, qətiyyətli, uzaqgörən, dahi, xilaskar, lider şəxsiyyət olmuşdur. Azərbaycan Xalqının Ümumilli Lideri, Ulu Öndərimiz Heydər Əliyev ömrünü xalqına və dövlətinə həsr edərək, ali intellekti, yüksək rəhbərlik bacarığı, cəsarəti, vətənə bağlılığı və digər ən yüksək keyfiyyətləri ilə bütün çətinliklərin öhdəsindən layiqincə gəlmiş, Azərbaycanı böyük bəlalardan, faciələrdən xilas edərək inkişaf yoluna çıxarmışdır. Müasir, qüdrətli Azərbaycan dövlətinin memarı olan böyük Öndər Heydər Əliyevin fəaliyyəti o qədər zəngin və çoxşaxəlidir ki, dahi Heydər Əliyevin həyat və fəaliyyətini sözlə ifadə etmək mümkün deyildir.

Zaman göstərdi ki, Heydər Əliyev dühasının qeyd etdiyi bütün məsələlər reallığa çevrildi. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş, güclü dövlət olaraq qalib xalq kimi tanınır. Əlbətdə bütün bunlar əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən və müdrik siyasətin nəticəsidir.

Gügəvar kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirilib
Ayaz Əsgərov: Müdrik siyasətin nəticəsi

Yardımlı rayonunda əhalinin problemlərinin öyrənilməsi və yerində həlli məqsədilə səyyar qəbullar davam etdirilir. Rayon İcra Hakimiyyətinin, xidmət sahələrinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin, sakinlərin, şəhid ailələrinin, qazilərin iştirakı ilə növbəti qəbul Gügəvar kəndində keçirilib.

Səyyar qəbulda əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib.

RİH başçısı həmçinin vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə RİH ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” portalına daxil olmaqla müraciət etmək, həmçinin abadlıq quruculuq sahəsində təqdim olunan layihələrə təklif və rəylərin verilməsi imkanının olduğunu sakinlərin diqqətinə çatdırıb.

Sonra sakinlərin arzu və təklifləri dinlənilib. Həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Əvvəlki qəbullar zamanı qaldırılan məsələlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndirən sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Ayaz Əsgərov: Müdrik siyasətin nəticəsi
Ayaz Əsgərov: Müdrik siyasətin nəticəsi
Ayaz Əsgərov: Müdrik siyasətin nəticəsi
Ayaz Əsgərov: Müdrik siyasətin nəticəsi
Ayaz Əsgərov: Müdrik siyasətin nəticəsi
Ayaz Əsgərov: Müdrik siyasətin nəticəsi
Ayaz Əsgərov: Müdrik siyasətin nəticəsi
Ayaz Əsgərov: Müdrik siyasətin nəticəsi
Ayaz Əsgərov: Müdrik siyasətin nəticəsi
Ayaz Əsgərov: Müdrik siyasətin nəticəsi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi