Bu gün onların - ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır - Səyyaf Tağıyev
17-06-2023, 10:01
62 dəfə baxılıb

Bu münasibət ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Səyyaf Tağıyevi Xezerinformasiya.com-ın rəhbərliyi və kollektivi adından təbrik edirik və işlərində uğurlar arzulayırıq.
Ən çətin anlarda, özümüzü narahat hiss etdiyimiz ən ağır günlərdə onlara üz tuturuq. Gecənin hansı vaxtı, gündüzün hansı zamanı müraciət etməyimizdən asılı olmayaraq, həmişə bizi diqqətlə dinləyir, şəfalı əlləri ilə ağrılarımızı yüngülləşdirir, dərdlərimizə məlhəm olurlar. Bu gün onların - ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır.
Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan edəndən az sonra Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçüb. Səhəri gün ilk səhiyyə və sosial təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırılıb.
Bir əsrdən çox müddətdə Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçib. Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Ölkəmizdə 800-ə yaxın artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə əlaqədar görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır.
Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur.
Yeni növ koronavirus (COVID-19) pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstəriblər. Son üç ildə Azərbaycan tibb işçiləri hər iki sınaqdan uğurla çıxıblar. COVID-19 pandemiyası Azərbaycanın səhiyyə sahəsində fövqəladə vəziyyətlərə yüksək hazırlıq səviyyəsini göstərdi. Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı olmaqla ümumilikdə 44 tibb işçisi qəhrəmancasına şəhid olub.
Ömürlərə ömür calamaq, ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Elə bu nəcib peşələrinə görə tibb işçiləri hər cür hörmət və ehtirama layiqdirlər.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Səyyaf Tağıyev - Hər bir xalqın taleyində tarixi anlar, həlledici dönüş nöqtələri mövcuddur. Çoxəsrlik dövlətçilik tarixinə, zəngin milli-mənəvi dəyərlərə, ləyaqətli inkişaf yoluna malik olan Azərbaycan xalqı da bu baxımdan istisna deyil. Bir əsrdə iki dəfə müstəqillik qazanaraq yeni ənənələr və dəyərlər yaradan, yaşadan xalqımız XX yüzilliyin 90-cı illərində daha bir çətin və mürəkkəb sınaqla üzləşdi, tarixi-siyasi missiya və məsuliyyətini şərəflə yerinə yetirdi. Bu reallığı təmin və mümkün edən amil isə lider amili, yaxud liderlik fenomeni oldu.
1990-cı illərin əvvəlində Azərbaycanın qarşılaşdığı vəziyyət, taleyüklü məsələlərin həlli respublikanın gələcək taleyinin müəyyənləşdirilməsində mühüm rol oynayırdı. Məlumdur ki, həmin dövrdə respublikamız ciddi siyasi böhran, iqtisadi tənəzzül ilə üzləşmişdi, yarıtmaz siyasət ölkənin regionda geosiyasi təcrid vəziyyətinə düşməsinə, beynəlxalq proseslərdən kənarda qalmasına səbəb olmuşdu. 1992-ci ildə hakimiyyəti ələ keçirmiş AXC-Müsavat cütlüyünün səriştəsiz və milli maraqlara zidd siyasəti nəticəsində xarici kəşfiyyat orqanlarının qarşıdurma meydanına çevrilən Azərbaycan, belə demək mümkünsə, xaosa təslim olmuşdu. Adı müstəqil dövlətlər sırasında olsa da, ölkənin nisbi suverenliyindən belə danışmaq olmazdı, çünki hakimiyyətdə olan qüvvələrin öz funksiya və səlahiyyətlərini yerinə yetirə bilməmələri hakimiyyət böhranı və anarxiyanın meydana çıxmasına səbəb olmuşdu. Paralel olaraq ölkədə separatizm meyilləri baş qaldırmağa başlamışdı. Məhz 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş vermişdi. Bu hadisə Azərbaycanı vətəndaş müharibəsinə yaxınlaşdırdı. Bu isə Azərbaycanı parçalamaq, ölkənin təbii sərvətlərini mənimsəmək, xalqı və dövləti öz itaəti altına salmaq istəyən xarici qüvvələrin planlarına uyğun idi.
Xalqımız böhran vəziyyətindən, müstəqilliyi itirmək təhlükəsindən xilas olmaq üçün vətənpərvər, qətiyyətli, dövlətçilik təcrübəsinə malik olan, dövlətin maraqlarını hər şeydən üstün tutan liderə ümid bəsləyirdi. Bu lider - şəxsiyyət, inam, etibar və etimad ünvanı məhz Heydər Əliyev idi. Hətta o zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi əsasında bir daha tarixi-siyasi məsuliyyəti öz üzərinə götürdü, Azərbaycan dövlətinin və dövlətçiliyinin xilası, ölkəni tənəzzüldən qurtararaq tərəqqi yoluna çıxarmaq missiyasını yerinə yetirməyə başladı. Həmin ilin iyunun 9-da Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi xalq tərəfindən sevinclə qarşılandı, Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı – dövlətçilik tariximizin mühüm dönüş nöqtəsi oldu. Bu qayıdış xalqımızı fəlakətdən, müasir Azərbaycanı isə Xalq Cümhuruyyətinin taleyini yaşamaq – müstəqilliyi itirmək təhlükəsindən xilas etdi.
Ümummilli Liderin qayıdışından sonra atılan addımlar Azərbaycan dövlətinin dirçəlişini təmin edir, gələcəyə optimist baxmağa imkan və əsas verirdi. Təsadüfi deyil ki, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkiləri nəticəsində Heydər Əliyev xalqın böyük etimadı və dəstəyi ilə Azərbaycan Prezidenti seçildi. 10 oktyabr 1993-cü il tarixində keçirilmiş andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”, - deyə qeyd etmişdi. Məhz bu cür oldu, Ulu Öndər milli maraqlara, milli-mənəvi dəyərlərə, zamanın tələblərinə, reallıqlarına və çağırışlarına əsaslanan fəaliyyəti, uğurlu daxili və xarici siyasət kursu ilə ona bəslənilən ümidləri doğrultdu. Ulu Öndərin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında ən mühüm, tarixi və misilsiz xidmətlərindən biri siyasi varisliyin təmin edilməsi oldu. O, özündən sonra ölkəni şərəflə, ləyaqətlə və uğurla idarə edə biləcək lider yetişdirməklə Azərbaycanın gələcək inkişafının, parlaq perspektivlərinin möhkəm təməlini yaratdı. 2003-cü ildə Azərbaycan xalqının Heydər Əliyev siyasətinin davamına “HƏ” deməsi, cənab İlham Əliyevə etimad göstərməsi bizi möhtəşəm nailiyyətlərə və böyük Qələbəyə aparan amil oldu. Dövlət başçısı kimi fəaliyyətə başladığı gündən həyata keçirəcəyi siyasətin prioritetlərini açıqlayan, “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm”,- söyləyən cənab İlham Əliyev atdığı addımlarla xalqa verdiyi vədlərə sadiqliyini, Heydər Əliyev yoluna sədaqətini nümayiş etdirdi.
Ən əsası, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpasına – doğma Qarabağın, əziz Şuşanın işğaldan azad olunmasına nail olmaqla ata vəsiyyətini, xalq qarşısında müqəddəs missiyanı yerinə yetirmiş oldu. Nəticə etibarilə, Milli Qurtuluş xalqımızın xilası, dövlətimizin yüksəlişi və tərəqqisidir. Ulu Öndərin Qayıdışından, Qurtuluşdan başlanan tarix Azərbaycanı dünyada söz sahibinə çevirib, Zəfər zirvəsinə yüksəldib! Şübhəsiz ki, müstəqil, güclü Azərbaycan bundan sonra da yeni-yeni möhtəşəm zəfərlər qazanacaq!

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR