xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

Cəsarət Əhmədov: Zəfərimizlə fəxr edirik

3-06-2023, 11:59 29 dəfə baxılıb

Cəsarət Əhmədov: Zəfərimizlə fəxr edirik


Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Avropa Qol Güləşi Federasiyasının vitse-prezidenti Cəsarət Əhmədov - Azərbaycan tarixi torpaqlarına qovuşaraq bu ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması, bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün sülh müqaviləsinin imzalanması istiqamətində göstərdiyi səyləri ilə xarakterizə edilən yeni mərhələni uğurla davam etdirir. Böyük Qayıdış proqramına uyğun olaraq bütün işlər sistemli şəkildə həyata keçirilir. Dövlət başçısı İlham Əliyev 28 May-Müstəqillik Günündə Laçın şəhərinə qayıdan əhali ilə görüşündə bir daha bu məqamlara diqqəti yönəldərək belə bir çağırışı səsləndirdi: “İki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq və buna mən şübhə etmirəm. Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk.”

Cəsarət Əhmədov: Zəfərimizlə fəxr edirik


Hazırda Azərbaycan azad edilmiş ərazilərdə müasir tələblər səviyyəində bərpa işləri aparır. Şəhər və kəndlər Baş plan əsasında yenidən qurulur. Dövlət başçısı İlham Əliyevin Laçın rayonuna səfəri zamanı şəhərin Baş planı təqdim edildi. Bütün işlərin zamanında və yüksək səviyyədə həyata keçirilməsi Azərbaycanın hələ 30 illik işğal dövründə Qələbəmizə əminlik əsasında bərpa-quruculuq işləri barədə düşünərək iqtisadi və maliiyə imkanlarını möhkəmləndirdiyini təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin 44 günlük Vətən müharibəsində xarici mətbuata 30-dan artıq müsahibəsinin hər birində müharibədən Zəfərlə çıxacağımıza böyük əminlik ifadə edilməklə yanaşı, postmünaqişə dövrünün hədəfləri də açıqlanırdı.

Dövlət başçısı İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşündə bir daha Ulu Öndər Heydər Əliyevin bu il 100 illik yubileyinin qeyd edildiyini önə çəkərək Onun düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbycanın müstəqilliyinin daimiliyinin təmin edildiyini, ölkəmizin bütün sahələrdə davamlı uğurlara imza ataraq iki il bundan əvvəl tarixi Zəfəri ilə dünyaya səs saldığını diqqətə çatdırdı. Bu gün Azərbaycan Zəfəri ilə yeni reallıqlar yaradıb. “İndi isə qurub-yaratmaq vaxtıdır” söyləyən dövlət başçısı İlham Əliyev bildirmişdir ki, bugünkü Laçın şəhərinin siması, halbuki birinci mərhələdir, qurub-yaradan xalq olduğumuzu göstərir. Bu torpaq bizimdir: “Bu, həmişə bizim torpaq olub. Sadəcə olaraq, mənfur düşmən öz xarici havadarları ilə birlikdə bizim zəifliyimizdən istifadə edib, hakimiyyətsizlikdən istifadə edib bu torpaqları zəbt etmişdi və burada əbədi yaşamaq istəyirdi.”
Cəsarət Əhmədov: Zəfərimizlə fəxr edirik

Xalqımız tarixi torpaqlarına qovuşacağına əmin idi. Azərbaycan dövlətinin qətiyyəti, diplomatik uğurlarının davamlılığı, hərbi gücümüz, xalqımızın birliyi bu əminliyə əsas verirdi. Dövlət başçısı İlham Əliyev həmin görüşdə “Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbiidir. Yəni, 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? Amma bilirdim ki, qayıdacağıq və əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu” söyləyərək bildirdi ki, sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır ki, uzun əzablı illərdən sonra burada rahat yaşayasınız.

*********

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Avropa Qol Güləşi Federasiyasının vitse-prezidenti Cəsarət Əhmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Avropa Qol Güləşi Federasiyasının vitse-prezidenti Cəsarət Əhmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Cəsarət Əhmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Cəsarət Əhmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Avropa Qol Güləşi Federasiyasının vitse-prezidenti Cəsarət Əhmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Avropa Qol Güləşi Federasiyasının vitse-prezidenti Cəsarət Əhmədovdur.

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Avropa Qol Güləşi Federasiyasının vitse-prezidenti Cəsarət Əhmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Cəsarət Əhmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Cəsarət Əhmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Cəsarət Əhmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Cəsarət Əhmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Cəsarət Əhmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Avropa Qol Güləşi Federasiyasının vitse-prezidenti kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Cəsarət Əhmədov özünü doğruldub. Bizdə hörmətli Cəsarət Əhmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi