xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

Araz Bəndəliyev: Azərbaycan dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib

1-06-2023, 13:14 28 dəfə baxılıb

Araz Bəndəliyev: Azərbaycan dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 14 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC - nin rəisi Araz Bəndəliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Araz Bəndəliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Araz Bəndəliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 14 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC - nin rəisi Araz Bəndəliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 14 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC - nin rəisi Araz Bəndəliyev - Mayın 28-də Laçın şəhərində bir qrup laçınlı ilə görüşü zamanı Prezident İlham Əliyev Laçında həyata keçirilən geniş miqyaslı bərpa-quruculuq işlərindən bəhs etdi. Ölkə başçısı bildirdi ki, cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaq. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıb. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər.

Prezident İlham Əliyev qeyd etdi ki, Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq. Onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq. Həmçinin cari ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcək.

Laçınlılarla görüş zamanı ölkə başçısı rayonun işğal səbəblərini xatırladaraq bildirdi ki, Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdır. Laçın rayonu 1992-ci ilin may ayında, Şuşadan 10 gün sonra işğal olunmuşdu. Hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş o qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü. Laçın rayonunun işğal altına düşməsi böyük faciə idi.

Araz Bəndəliyev: Azərbaycan dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib


Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan ayağa qalxa bildi, Azərbaycan inkişaf yoluna qədəm qoya bildi, vətəndaş müharibəsinə son qoyuldu. 1993-cü ilin oktyabr ayından Ulu Öndər Prezident vəzifəsinə seçiləndən sonra bu günə qədər Azərbaycan sabitlik məkanı kimi, dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib. Ölkə başçısı vurğuladı ki, bütün dünya ictimaiyyəti yaxşı bilir ki, Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi. Sadəcə olaraq, görüntü naminə, beynəlxalq vasitəçiləri aldatmaq üçün, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün belə bir təklif irəli sürürdü ki, guya onlar beş rayonu qaytarmağa hazırdırlar, ancaq Laçın və Kəlbəcər onların əlində həmişəlik qalmalıdır. Təbii ki, Azərbaycan bununla razı ola bilməzdi və Müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində 2020-ci ildə torpaqlarımız işğaldan azad edildi. Cari ilin aprel ayında isə Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi tam nəzarət altındadır.

Görüş zamanı Prezident İlham Əliyev hazırda Azərbaycanın iqtisadi cəhətdən güclü və heç kimdən asılı olmadığını vurğuladı. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, iqtisadi cəhətdən tam müstəqildir. Siyasi gücünü artıran Azərbaycanla bu gün hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır.

Ölkəmizdə güclü ordu qurulduğunu və vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsilin yetişdirildiyini qeyd edən ölkə başçısı bu ordu və gənclərin sayəsində torpaqlarımızın azad edildiyini, onların qəhrəmanlığının heç vaxt unudulmayacağını vurğuladı.

Prezident İlham Əliyev bildirdi ki, Ermənistan ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Belə ki, əgər yenə də Ermənistan saxtakarlıq etməsə və öz mövqeyini dəyişməsə yaxın gələcəkdə sülh müqaviləsi imzalana bilər.


Araz Bəndəliyev: Azərbaycan dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib
Araz Bəndəliyev: Azərbaycan dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi