Vahid Muradov: BÜTÜN YOLLAR QARABAĞA APARIR...
25-05-2023, 14:58
47 dəfə baxılıb

Siyəzən 2 saylı Yol İstismar İdarəsinin rəisi Vahid Muradov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Vahid Muradovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Vahid Muradov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Siyəzən 2 saylı Yol İstismar İdarəsinin rəisi Vahid Muradova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Siyəzən 2 saylı Yol İstismar İdarəsinin rəisi Vahid Muradov - Ümummilli lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən cənab İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır. Yollar həm insanların rahatlığını təmin edir, həm də iqtisadiyyatın hərtərəfli inkişafında mühüm rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin regionların sosial-iqtisadi inkişafında, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqət yetirməsi bunun təsdiqidir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu mövqeyini düşünülmüş siyasət, gələcəyə hesablanmış strategiya və zamanın, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, dünyaya səs salan yeni iqtisadi və sosial layihələrin icra edilməsi nəticəsində qazanıb. Reallıq budur ki, 2003-cü ildən etibarən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz uğurlu nəticəsini verir. Neft gəlirlərinin istifadəsində şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident tərəfindən Fərman və sərəncamlar imzalanır. İmzalanan sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bir sözlə, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin təminatına xidmət edib və bundan sonra da edəcək.
Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən də çətindir
“Azərbaycan Xalq Cümhuriyyətinin 105-ci ildönümünü qeyd edirik. Çoxəsrlik tariximizin hər bir səhifəsi əzizdir, daim vərəqlənir, indiki və gələcək nəsillərə çatdırılması üçün mühüm addımlar atılır. “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır. Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Prezident İlham Əliyevin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Xalq Cümhuriyyətinin qurucularının adları əbədiləşdirildi. 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi. Təbii ki, atılan hər bir addım tariximizin öyrənilməsinə və təbliğinə xidmət edir. Cənab İlham Əliyev bu əminliyi də ifadə edir ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi, bu gün Azərbaycan dünyanın ən zəngin və inkişaf etmiş ölkələrinin sırasında ola bilərdi. Çünki təbii ehtiyatlarımız, coğrafi mövqeyimiz imkan verirdi ki, onlardan səmərəli şəkildə istifadə edək. XIX əsrin ikinci yarısında - XX əsrin əvvəllərində dünya neft hasilatının böyük hissəsi məhz Azərbaycanda, Bakıda təmin edilmişdir. Əfsuslar olsun ki, müstəqilliyi itirdik. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da bu günümüz üçün çox mühüm işlər görüldü.”
Tarixi paralellər əsasında müqayisəli təhlillər apardıqda bu reallıq bir daha təsdiqini tapır ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən də çətindir: “Azərbaycanın 18 oktyabr 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra ilk illərdə yaşadıqlarını yada salmaq kifayətdir. Həmin dövrdə ölkəyə idarəçilik təcrübəsi olmayan ünsürlərin rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdirdi. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran baş alıb gedir, eyni zamanda, torpaqlarımız işğal edilirdi. Xalq ayağa qalxaraq xilaskarını hakimiyyətə dəvət etdi. Ümummilli Lider Heydər Əliyev ölkəsinin gələcəyini düşünərək xalqın səsinə səs verdi və 1993-cü ildə hakimiyyətə qayıdışı ilə bugünkü reallıqların əsasını qoydu. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycanın taleyinin necə olacağını düşünmək çətin deyildi. Çünki Azərbaycanın bir dövlət olaraq varlığı sual altında idi.”
Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır: “Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırıldı. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ümummilli Lider daim öz sözü ilə seçilmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Fəal diplomatiyanın nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsi mümkün olmuşdur. Ümummilli Liderin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir.”
Son 20 ilə yaxın dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın müstəqilliyinin, suverenliyinin daha da möhkəmləndirilməsini təmin edir: “Möhkəm təməl üzərində uğurla inkişaf edən Azərbaycan hazırda tarixi Zəfəri və onun yaratdığı reallıqlarla dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyevin “Müstəqillik deyəndə mən rəsmi atributları nəzərdə tutmuram. Müstəqil siyasət müstəqilliyin əsas amilidir və belə olan halda həmişə inkişaf, əmin-amanlıq olacaq, Azərbaycan xalqı rahat, təhlükəsizlik şəraitində yaşayacaq, necə ki bu gün yaşayır. Bizim siyasətimiz bundan ibarətdir. Hesab edirəm ki, bizim nümunəmiz bir çox ölkələr üçün də cəlbedicidir. Ona görə də bu gün dünyada Azərbaycanı böyük rəğbətlə qarşılayırlar, bizə inanırlar, sözümüzə inanırlar. Ona görə ki, biz ləyaqətli siyasət aparırıq və xalqın maraqlarını həmişə müdafiə edirik” fikirləri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan müstəqilliyimizin əbədi qarantıdır.”
Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanlanan təbrik məktublarının hər birində qeyd edilən fikirlər də Azərbaycanın müasir müstəqil, qalib dövlət olaraq artan nüfuzunun, çəkisinin təqdimatıdır: “Təbrik məktublarının hər birində strateji tərəfdaşlığın və səmərəli əməkdaşlığın möhkəmləndirilməsinə böyük inam ifadə edilir. Hazırkı dövrdə əsas çağırışlardan biri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanmasıdır. Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden təbrik məktubunda bildirir ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcəkdir. Qarşıdan gələn ildə təhlükəsizlik və iqtisadi əməkdaşlığımızın dərinləşdirilməsi də daxil olmaqla, tərəfdaşlığımızı daha da gücləndirməyi həvəslə gözləyirəm.”
“Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasətdə mühüm uğurlara imza atan, müasir müstəqil, qalib Azərbaycanın təqdim etdiyi yeni inkişaf modelinə beynəlxalq maraq artmaqdadır. Dünya ölkələri təhlükəsizlik, enerji və demokratiya sahəsində Azərbaycanla birgə addəmların atılmasında maraqlı olduqlarını bildirirlər. Təbii ki, bu uğurlar möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir”.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR