Fərhad Əhmədov: Ən əlamətdar günlərdən biri
24-05-2023, 15:03
35 dəfə baxılıb

“AzNar” 1982-ci ildə fəaliyyətə başlamış Göyçay Konserv Zavodunun nəzdində yaradılıb. Vaxtilə zavodun istehsalında nar şirələri üstünlük təşkil edib, köməkçi məhsullar kimi pomidor və xiyardan konserv və marinad məhsulları, müxtəlif meyvələrdən şirələr, kompotlar, cem və povidlolar istehsal edilib.
Eləcə də pomidor şirəsi o dövrün tələbatlı məhsullarından olub.
Haşiyə: “AzNar” OSC-dən verilən məlumatda deyilir: “QSC-nin yaranması 2006-cı ilin may ayına təsadüf edib. Rusiyada yaşayan azərbaycanlı tanınmış iş adamı, milyarder Fərhad Əhmədov zavodu öz şəxsi hesabı ilə aldıqdan sonra müəssisə tamamilə yenilənib. Avropa standartlarına cavab verən texnoloji avadanlıqlar quraşdırılıb. Əl əməyi demək olar ki, sıradan çıxıb.
Nar tumundan yağ alınması üçün Amerikadan avadanlıq da alınıb. Bu, Azərbaycan sənayesinin yeni məhsullarındandır.
QSC-də hazırda gündəlik istehsal edilən məhsullar bunlardır: nar şirəsi, alma, heyva, ağ üzüm, qara üzüm şirəsi və onlardan hazırlanan qarışıq şirələr.
Göyçayın atributu olan nar meyvəsindən şirə ilə yanaşı, qatılaşdırılmış şirə və bəzi yeməklərin qəbulunda əsas yer tutan narşərab da “AzNar”ın məhsuludur. Hazırda kompot istehsalı da bərpa edilib. Müəssisədə zoğal, yemişan, nar, heyva və qarışıq kompotlar istehsal olunur.AZNAR istehsalı analoji istehsal müəssisələrindən prinsipial surətdə fərqlənir, çünki istehsal etdiyi məhsulların keyfiyyətinə şərtsiz prioritet verir. Biz nar şirəsinin fizioloji aktiv maddələrini, onun qidalı və orqanoleptik xüsusiyyətlərinin maksimum saxlanmasına, xammal seçimində sanitariya-gigiyena normalarına ciddi riayət edilməsinə çalışırıq.
AZNAR ZAVODUNUN MƏHSULLARININ YÜKSƏK KEYFIYYƏTINI TƏSDIQ EDƏN YALNIZ BIR NEÇƏ FAKTA NƏZƏR SALAQ:Nar şirəsi istehsalı üçün istifadə olunan nar meyvələri müəssisənin bilavasitə yaxınlığında, Azərbaycan Respublikasının Göyçay rayonunun ekoloji cəhətdən sağlam və təmiz yerində yetişdirilir.
Şirənin hazırlanması üçün Azərbaycan seleksiyaçılarını yaratdıqları "Gülövşə", "Bala Mürsəl", "Nazikqabıq", "Şah nar", "Qırmızıqabıq" və s. kimi xüsusi nar növləri seçilir.
Bizim başlıca məqsədimiz şirənin istehsalında meyvənin qida dəyərini maksimum saxlamaq və onu istehlakçıya çatdırmaqdır.
zavod emala Göyçay xüsusi nar növlərinin yalnız bütöv, sağlam, zədəsiz meyvələrini qəbul edir, konveyerdə narlar əllə seçilir;
zavodun texnoloji avadanlığı Aisi 304 markalı paslanmayan poladdan, bilavasitə şirə ilə təmasda olan hissələri isə olan Aisi 316 markalı paslanmayan poladdan hazırlanmışdır;
şirənin sıxılması pnevmatik membranlı basqılarda mülayim rejimdə (dənələrə yumşaq təzyiq yolu ilə üçün) baş verir, digər müəssisələrdə isə sıxma şnekli basqılarla geniş yayılmış dənələrin üyüdülməsi üsulu ilə baş verir;
qapalı texnoloji sxeminin tətbiqi, xammalın hava ilə minimal kontaktı sayəsində oksidləşdirici proseslər istisna olunur;
pasterizə avadanlığının (100° C-ə qədər), o cümlədən məhsulu sterilizə edən (100° C-dən yuxarı) texnoloji avadanlıq əvəzinə tunel tipli pasterizə proseslərinin tətbiqi məhsula mülayim istilik təsiri göstərilir;
filtrasiyada havanın daxil olması üçün hər yerdə tətbiq olunan lövhəşəkilli və ya yuyucu süzgəclər əvəzinə ultrafiltrasiya qurğusu tətbiq olunur;
pasterizədən sonra təzə sıxılmış şirə 50 м3 (bir dəfəyə saxlamaq üçün 3750 tonluq) paslanmayan poladdan olan aseptik çənlərdə saxlanır, halbuki bütün digər analoji müəssisələrdə şirə müxtəlif konservantların tətbiqi ilə adi həcmlərdə saxlanılır.[/b]
İSTEHSALAT PROSESINƏ KOMPLEKS KIMYƏVI-TEXNIKI VƏ BAKTERIOLOJI NƏZARƏTI HƏYATA KEÇIRƏN ZAVOD LABORATORIYASI AZNAR ZAVODUNDA OLAN KEYFIYYƏT SISTEMININ MÜHÜM ELEMENTLƏRINDƏN BIRIDIR. ƏN MÜASIR AVADANLIQLA TƏCHIZ OLUNMUŞ LABORATORIYA ÜÇ ƏSAS ŞÖBƏLƏRINDƏN IBARƏTDIR:Dequstasiya şöbəsi (məhsulun orqanoleptik göstəricilərinə nəzarət üçün);
Kimya şöbəsi (kimyəvi-analitik tədqiqat və nəzarət üçün);
Becərmə kamerası və termostat tənzimləyiciyə malik olan mikrobiologiya şöbəsi.
Zavodun laboratoriyası - bərabər tutulan prinsiplərə, MDB ölkələrində qüvvədə olan standartların, 2006-cı ildə respublika akkreditasiya sisteminin əsasında təyin edilən.
AZNAR zavodu aşağıdakı beynəlxalq sertifikatlara malikdir





Biz 100 % birbaşa sıxılmış təbii nar şirəsi istehsal edirik. Zavodumuz Azərbaycanda Göyçay şəhərində yerləşir. Zavodun yaxınlığında giləmeyvələrin şahı - nar becərilən bağlar var. Hər il 2000 hektar ərazidən ləzzəti və müalicəvi əhəmiyyəti ilə müqayisə olunmaz 2000 tondan çox məhsul toplayırıq.
Məhsullarımız təbii şərtlər altında istehlakçılarımız üçün maksimum təhlükəsiz istehsal olunur. Narların becərildiyi torpaq ağır metallar, pestisidlər, radionuklidlər və digər zərərli maddələrlə çirklənməyib. Bunu 2016-cı ildə AZNAR zavodunun nar şirəsinə Avropa sertifikatlaşdırma şirkəti Agreco (Almaniya) tərəfindən verilmiş ORGANIC (ОRQANİK) sertifikatı təsdiqləyir.
Bu sertifkatın etibarlılıq müddəti bir ildir. Növbəti ildə statusu təsdiq etmək üçün yenidən sertifikatlaşdırma aparılır, belə ki il ərzində kimyəvi vasitələrdən istifadə etmədən istehsal prosesini həyata keçirmək gələcəkdə onların istifadə edilməyəcəyinə zəmanət vermir. Sertifikatlaşdırmadan tamamilə bütün müəssisə - sahələr, anbarlar, ixrac-idxal təşkilatı keçirilir. Hər məhsul və hər istehsalçı ORGANIC sertifikatını ala bilməz – bu məqsədlə 2-4 il ərzində çoxlu səy göstərmək və bütün tələblərə cavab vermək lazımdır.
Nar şirəsi üçün sertifikat almaq prosesi bizə üç ilə başa gəldi. Bu zaman ərzində hər il torpaqda və yetişmiş narlarda pestisid və kimyəvi maddələrin olmadığını yoxlamaq üçün sertifikatlaşdırma orqanının mütəxəssisi gəlirdi. Alınmış nümunələr nəticələr üçün laboratoriyaya göndərilirdi.
AZNAR zavodunun nar şirələrindən əldə olunmuş laborator nəticələrə əsasən məhdud sayda məhsuluna sertifikat verilib. O vaxtdan bəri istehsal prosesində baş vermiş hər hansı bir dəyişiklik barəsində Agreco-nu xəbərdarlıq etmək öhdəliyimiz var. ORGANIC sertifikatı bizə qablaşdırmada Avropa İttifaqının orqanik simvolu – yaşıl fonda düzbucaqlının içərisində ulduzlardan ibarət yarpaq - istifadə etməyə və orqanik standartlar çərçivəsində yerli istehsalımız olan nar şirələrinin satışına imkan verir.
*******************






“AzNar” QSC-nin sahibi Fərhad Əhmədov - 28 May – Müstəqillik Günü Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Məhz bu gün, təkcə Azərbaycanda, həm də təkcə türk dünyasında deyil, bütövlükdə, müsəlman Şərqində Demokratik Cümhuriyyətin yarandığı bir gündür. Bu gün Azərbaycanın yurdsevən, demokratiya, tərəqqipərvər və millətsevən insanları müstəqillik elan ediblər. Məhz 1918-ci ilin 28 may günü Azərbaycan özünü bir dövlət kimi varlığını dünyaya göstərdi. 105 yaşlı Azərbaycan Demokratik Cumhuriyyətinin bəyan edildiyi gün, 28 may onun varisi olan Azərbaycan Respublikasının da Müstəqillik Günü kimi təsbit olunmuşdur.
Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı.
Qısa müddət ərzində dövlətin siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrində həyata keçirilmiş mütərəqqi siyasət Azərbaycanda müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında və gələcək inkişafında mühüm rol oynamış oldu.
Cümhuriyyət çox az müddət mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.
Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Məhz 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimiz qorunmağa başladı. Ölkədə ictimai-siyasi sabitlik hökm sürməyə başladı, iqtisadi inkişafımızın təməli qoyuldu. Ümummilli lider Heydər Əliyev eyni zamanda hakimiyyətə gəldikdən sonra məhz 28 may 1918-ci ildə Azərbaycanın müstəqilliyini elan etmiş azərbaycanlıların adlarının əbədiləşdirilməsi, o tarixi anlara abidənin ucaldılması, İlham Əliyevin İstiqlaliyyət küçəsində abidənin açılış mərasimində iştirak etməsi - bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin məhz tarixi köklərimizə nə qədər böyük önəm verdiyini bir daha göstərir.
Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Artıq torpaqlarımız işğaldan azaddır, respublikamızın ərazi bütövlüyü bərpa olunub. Bu gün İlham Əliyevin liderliyi ilə müstəqilliyimizin ən şərəfli tarixi yazılır. Şanlı Ordumuz 30 ildən sonra düşmən tapdağında olan tarixi ərazilərimizi azad etdi. Bu gün həmin ərazilərimizdə üçrəngli Azərbaycan bayrağının qürurla dalğalanması həm cümhuriyyətin qurucularının, müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə ən böyük hədiyyədir.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR