Həsən Həsənov: Yerinə yetirilən vəsiyyət
4-05-2023, 10:55
31 dəfə baxılıb

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Sabirabad RİHB-nın birinci müavini Həsən Həsənovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Sabirabad RİHB-nın birinci müavini Həsən Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Həsən Həsənovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Həsən Həsənov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sabirabad RİHB-nın birinci müavini Həsən Həsənova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sabirabad RİHB-nın birinci müavini Həsən Həsənovdur.
Həsən Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Həsən Həsənov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Ona etibar edilən bütün işlərdə Həsən Həsənov özünü doğruldub. Bizdə hörmətli Həsən Həsənovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Sabirabad RİHB-nın birinci müavini Həsən Həsənov - Azərbaycan xalqının müasir dövlətçilik tarixinin formalaşmasında və inkişafında görkəmli dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin rolu və xidmətləri əvəzolunmazdır. Bu gün ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Məhz Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.
Ümummilli Lider Heydər Əliyev ömrü Azərbaycan xalqının XX əsr tarixinin ikinci yarısı ilə sıx bağlıdır və onları bir-birindən ayırmaq və izah etməyə çalışmaq mümkün deyil. "Mən ömrümün qalan hissəsini də bundan sonra xalqıma həsr edəcəyəm"- deyən Ümummilli Lider ikinci dəfə siyasi hakimiyyətə qayıdışından dərhal sonra müstəqilliyimizin qorunub möhkəmləndirilməsi üçün ən vacib tədbirlərə əl atdı. Qısa müddət ərzində həm yüngül, həm də ağır sənaye inkişaf etdi, bir sıra zavod və fabriklər istifadəyə verildi. Yaradılmış yeni iş yerləri əsasında insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanı tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamız beynəlxalq əlaqələrini möhkəmləndirərək, gələcək inkişafa hesablanmış neçə- neçə layihənin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artmağa, iqtisadiyyatın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayə yatırılmağa başlanıldı.
Ümummilli Lider sərkərdə qətiyyəti, polad iradəsi ilə dövlətçiliyimizi uçurumdan qaytardı. Böyük siyasi təcrübəsi ilə ölkəni parçalanmadan, vətəndaş müharibəsindən qurtardı. Dağınıq ordunu mütəşəkkil orduya çevirdi. Separatçı qüvvələrə qarşı əməli tədbirlər görüldü. Ümummilli Lider millətlərarası münasibətlər siyasətini demokratik prinsiplər əsasında inkişaf etdirmək istiqamətini əsas götürərək, azsaylı xalqların hüquq və azadlıqlarını qorumağı dövlətçilik quruculuğunun ümdə vəzifəsi kimi qarşıya qoydu, multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırdı.
Qürurla qeyd etməliyik ki, Ümummilli Liderin Hakimiyyətə qayıdışından ötən 30 ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin irəli sürdüyü "Güclü dövlət-müstəqil siyasət" ideyası tam mahiyyəti ilə reallaşıb. Bəli, Azərbaycan xalqı əsrlər boyu həsrətində olduğu müstəqilliyi qoruyub saxlaya bildi. Bu baxımdan 15 iyun - Milli Qurtuluş Günü Vətənini, xalqını sevən hər bir azərbaycanlı üçün möhtəşəm tarixdir. Məhz bu əlamətdar tarix Azərbaycan xalqının qanı, canı bahasına ötən əsrin sonlarında yenidən bərpasına nail olduğu dövlət müstəqilliyini öz böyük liderinin rəhbərliyi ilə qoruyub saxlamaq əzmini simvolizə edir.
Bu gün Ümummilli Liderin siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Məhz işğaldan azad edilmiş Qarabağımızda yenidən üçrəngli bayrağımızın dalğalanması, bu ərazilərdə Azərbaycanın dövlət quruluşunun bərpası, qısa müddət ərzində azad olunmuş torpaqlarımızda həyata keçirilən bərpa-abadlıq tədbirləri, artıq bu torpaqlara böyük qayıdışın başlanması Ulu Öndər Heydər Əliyevin gerçəkləşən arzuları, sadiqliklə yerinə yetirilən vəsiyyətləridir.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR