xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

İkram Vəliyev: Xeyirxahlıq və nur rəmzi

29-04-2023, 10:03 49 dəfə baxılıb

İkram Vəliyev: Xeyirxahlıq və nur rəmzi


"Göyçay Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İkram Vəliyev - Azərbaycan tarixində bir çox sahələr üzrə öz şərəfli peşəsində böyük uğurlara imza atmaqla xalqımızın əbədi ehtiramını və sevgisini qazanan şəxsiyyətlər vardır. Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat nümunəsi, kamillik, müdriklik məktəbi olan Zərifə xanım Əliyeva da nəcib insanlardan biri kimi milyonların qəlbində dərin ehtiramla, rəğbətlə xatırlanan dəyərli insandır.Akademik Zərifə Əliyeva nurlu şəxsiyyətində Uca Yaradanın yalnız sevdiklərinə bəxş edə biləcəyi gözəl, bənzərsiz keyfiyyətləri tamamlayırdı. Zahiri və daxili gözəllik, mehribanlıq, həssaslıq, ziyalılıq, bir sözlə, yüksək insaniyyətə xas bütün müsbət cəhətlər onun xarakterində cəmləşmişdi. İnsanpərvər, xeyirxah, mehriban insan olaraq hamının dərdini, problemini özününkü hesab etməyi bacarır, insanları sevirdi. Bütün bunlarla yanaşı, o, həm də oftalmologiya elmi sahəsində söz sahibi olan nüfuzlu alim idi. Zəngin elmi yaradıcılıq irsi ilə Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan, yüksək intellekt sahibi akademik Zərifə Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir. Görkəmli alimin yazıb-yaratdığı monumental əsərləri, elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, yüksək səviyyəli mədəni irsi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir. Bir daha məlum olur ki, Zərifə Əliyeva uzun illər gərgin elmi-praktik çalışmaları ilə peşə təcrübəsini artırarkən belə bir sadə həqiqət formulunu həyatının devizinə çevirmişdir: həqiqi elm həyata, Vətənə, xalqa xidmət vasitəsidir.1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Beləliklə, Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın olmuşdur. 1983-cü ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi. Professorun elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətə yaxşı məlumdur. Həmin işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, məsələn “Herpetik göz xəstəliyi”, “Ağır virus konyuktivitləri” və s. Məhz bu məsələlərə həsr olunmuşdur.

İkram Vəliyev: Xeyirxahlıq və nur rəmzi


Azərbaycanda tibb sahəsindəki bu cür yüksək xidmətlərinə və nəcib insani keyfiyyətlərinə görə Zərifə xanım Əliyeva sadəcə birgə çalışdığı həkim kollektivimin yanında deyil, bütün xəstələrin və xalqımızın böyük sevgisini qazanmışdır. Zərifə xanım müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. Gözəl bir ailədə doğulan Zərifə Əliyev çox qayğıkeş ana kimi ölkəmiz üçün layiqli övladlar yetişdirib. Möhtərəm Sədr, dövlətimizin başçısı kimi güclü siyasi Lideri dünyaya gətirən Zərifə xanım Əliyevanın nəciblik,xeyirxahlıq, insanlara qayğı və digər bütün səmimi missiyaları bu gün həyatımızın demək olar ki,bütün sahələrində cənab Prezidentin ən yaxın silahdaşı, dostu, ömür-gün yoldaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Bul il- mötəbər bir ildə- Heydər Əliyev İlində ölkəmizdə cənab Prezidentin müvafiq Sərəncamı ilə Zərifə xanım Əliyevanın 100 illik yubileyi təntənəli şəkildə qeyd olunur.Ölkəmizin bütün bölgələrində elmi-kütləvi konfranslar, tədbirlər keçirilir və Zərifə xanım Əliyevanın mənalı ömür yolu, iş fəaliyyəti, xeyirxahlıq missiyası vətəndaşlarımız, xüsusilə gənclərimiz arasında layiqincə təbliğ olunur. Çünki biz tariximizi dərindən öyrənməli, tarixə öz adlarını qızıl hərflərlə yazdıran şəxsiyyətlərimizi daha yaxından tanımalıyıq. Azərbaycan dövləti və xalqı heç zaman dövlətimiz, Vətənimiz və xalqımız qarşısında misilsiz xidmətləri olan şəxsiyyətlərini unutmur, əbədi olaraq onların xatirəsini yad edir və əziz tutur.

Göyçayda Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib

İkram Vəliyev: Xeyirxahlıq və nur rəmzi


Göyçay Rayon Mərkəzi Xəstəxanasında Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Göyçay Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Yaşar Əhmədov görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini, onun keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu qeyd edib.

Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edərək qeyd etdi ki, Zərifə xanım Əliyeva gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim olmaqla yanaşı Ulu Öndərin ən yaxın silahdaşı, ölkə prezidenti İlham Əliyevi Azərbaycana bəxş edən anadır. Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca gözlərimiz önündə onun portreti yaranır.

Sonra Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Sahib Şükürov, Rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov, Göyçay Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin psixoloqu Dilarə Bayramova, oftalmoloq həkimi Sevinc Abdullayeva Zərifə xanım Əliyevanın Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırması, elmi-pedaqoji fəaliyyəti, çox şaxəli elmi-tədqiqat işləri, yüksək ixtisaslı gənc alim kadrları yetişdirməsi, xalqının tərəqqisi və maariflənməsinə əvəzsiz töhfələr verməsi və zəngin mənəviyyata sahib olmasından söz açdılar, xalqımızın qəlbində əbədi yaşayacağı, daim dərin ehtiram və rəğbətlə anılacağını qeyd ediblər.

Sonda akademik Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətindən bəhs edən qısa videoçarx nümayiş olunub.

İkram Vəliyev: Xeyirxahlıq və nur rəmzi
İkram Vəliyev: Xeyirxahlıq və nur rəmzi
İkram Vəliyev: Xeyirxahlıq və nur rəmzi
İkram Vəliyev: Xeyirxahlıq və nur rəmzi
İkram Vəliyev: Xeyirxahlıq və nur rəmzi
İkram Vəliyev: Xeyirxahlıq və nur rəmzi
İkram Vəliyev: Xeyirxahlıq və nur rəmzi


Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Göyçay rayonunda fəaliyyət göstərən kiçik sahibkarlarla görüş keçirilib

İkram Vəliyev: Xeyirxahlıq və nur rəmzi


Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Göyçay rayonunda fəaliyyət göstərən kiçik sahibkarlarla “Heydər Əliyev və sahibkarlıq” mövzusunda görüş keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Görüşdə Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Göyçay KOB Dostu mərkəzinin direktoru Rahim Məmmədov və rayonda fəaliyyət göstərən kiçik sahibkarlar iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclisin deputatı Məzahir Əfəndiyev çıxış edərək bildirib ki, Azərbaycanda ötən illərdə qeydə alınan sürətli iqtisadi inkişafda neft sektorunun rolu aparıcı olsa da son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır. Rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən son illərdə ölkədə qeyri-neft sektorunda əməli artım olub.

Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü iqtisadiyyat qurmağa nail olub. Böyük siyasətçi enerji sahəsi çərçivəsində milli iqtisadiyyatımızın inkişafına güclü stimul vermişdi. Azərbaycanda bazar iqtisadiyyatının əsas prinsiplərinin müəyyən edilərək dövlət səviyyəsində hərtərəfli inkişaf etdirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz milli iqtisadiyyatımızın şaxələndirilməsində sahibkarlıq subyektlərinin mühüm rolunu dəfələrlə qeyd etmiş, onların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edən islahatlar həyata keçirmişdir.

Digər çıxış edənlər də Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətindən, Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, o cümlədən bazar iqtisadiyyatının və sahibkarlığın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açdılar.

Görüş müxtəlif mövzuları əhatə edən müzakirələrlə davam edib.

İkram Vəliyev: Xeyirxahlıq və nur rəmzi
İkram Vəliyev: Xeyirxahlıq və nur rəmzi
İkram Vəliyev: Xeyirxahlıq və nur rəmzi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi