xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:50 – Prezidentlə xanımı Qırğızıstandadır - Fotolar - YENİLƏNİB 

Azərbaycanlı nazirlər səhəri yeni qaçış zolağında açdılar - FOTO

14-03-2023, 10:27 24 dəfə baxılıb

Azərbaycanlı nazirlər səhəri yeni qaçış zolağında açdılar - FOTO


Böyükşor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub.

“Report”un məlumatına görə, açılışda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, atletlər Nazim Babayev, Yekaterina Sarıyeva, paralimpiya çempionu Lamiyə Vəliyeva, idman səfirləri Aynur İmanova ilə Aliyə Paşayeva da iştirak ediblər.

Sakinlərin və idmançıların gündəlik qaçışlar etmələri, yüngül atletikayla məşğul olmaları üçün nəzərdə tutulan iki zolaqdan ibarət, uzunluğu 725, eni isə 2,40 metr olan qaçış yolu xüsusi örtük materialından istifadə edilməklə quraşdırılıb.
Qaçış cığırı Gənclər və İdman Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə istifadəyə verilib.

Muxtar Babayev Böyükşor gölü ətrafında yaranan bu imkanın əhali üçün yaxşı fürsət olduğunu düşünür:

“Qaçış üçün meydançanı tez bir zamanda İdman Nazirliyi ilə birlikdə istifadəyə verdik. Belə bir təşəbbüsə, dəstəyə görə gənclər və idman nazirinə təşəkkür edirəm. İnanırıq ki, buraya gələnlərin sayı çox olacaq və bu gözəl idman növü ilə daha çox insan məşğul olacaq”.

Azərbaycan millisinin voleybolçusu və idman səfiri Aynur İmanova çıxışında bütün parklarda belə cığırların olmasını arzulayıb:

“Təkcə idmançılar yox, əhali də gəlib idmanla məşğul ola bilsin”.

Atlet Nazim Babayev isə təşəbbüsə görə gənclər və idman nazirinə təşəkkür edib:

“Parklarda belə qaçış cığırlarının olması insanların daha çox idman etmələrinə kömək olacaq”.

Azərbaycanlı nazirlər səhəri yeni qaçış zolağında açdılar - FOTOAzərbaycanlı nazirlər səhəri yeni qaçış zolağında açdılar - FOTOAzərbaycanlı nazirlər səhəri yeni qaçış zolağında açdılar - FOTOAzərbaycanlı nazirlər səhəri yeni qaçış zolağında açdılar - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi