xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 16:13 – Prezident onları təltif etdi - Sərəncam 
  • 10:32 – İlham Əliyev Birol Akgünün etimadnaməsini qəbul edib 
  • 13:48 – İlham Əliyevin Somali Prezidenti ilə lanç əsnasında geniş tərkibdə görüşü olub 
  • 12:20 – İlham Əliyevin Somali Prezidenti ilə təkbətək görüşü olub - Yenilənib 

Rəşad Cəbrayılov: Azərbaycan bölgədə lider dövlət olaraq etibarlı strateji tərəfdaş mövqeyini nümayiş etdirir

25-01-2023, 16:20 25 dəfə baxılıb

Rəşad Cəbrayılov: Azərbaycan bölgədə lider dövlət olaraq etibarlı strateji tərəfdaş mövqeyini nümayiş etdirir


RİH başçısı Piratman Gəncəli kəndində əhali ilə növbəti səyyar qəbul keçirmişdir

Rəşad Cəbrayılov: Azərbaycan bölgədə lider dövlət olaraq etibarlı strateji tərəfdaş mövqeyini nümayiş etdirir


Rəşad Cəbrayılov: Azərbaycan bölgədə lider dövlət olaraq etibarlı strateji tərəfdaş mövqeyini nümayiş etdirir


Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Piratman Gəncəli kəndində vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirdi. Qəbulda çıxış edən RİH başçısı son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. Daha sonra sakinlərin səsləndirdikləri müraciət və problemlər dinlənilmiş, qaldırılan məsələlər müzakirə olunmuş və araşdırılması üçün aidiyyəti üzrə RİH başçısı tərəfindən müvafiq göstərişlər verilmişdir.

Rəşad Cəbrayılov: Azərbaycan bölgədə lider dövlət olaraq etibarlı strateji tərəfdaş mövqeyini nümayiş etdirir
Rəşad Cəbrayılov: Azərbaycan bölgədə lider dövlət olaraq etibarlı strateji tərəfdaş mövqeyini nümayiş etdirir
Rəşad Cəbrayılov: Azərbaycan bölgədə lider dövlət olaraq etibarlı strateji tərəfdaş mövqeyini nümayiş etdirir


Salyan rayon başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov - Azərbaycan regionda geosiyasi potensiala malik olan bir dövlət kimi həm region, həm də bir sıra Avropa ölkələri üçün önəmli tərəfdaşdır. Ölkəmiz Beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malikdir və milli dövlətçilik maraqları çərçivəsində Beynəlxalq arenaya uğurla inteqrasiya etməkdədir. Həmçinin müstəqil xarici siyasət aparan Respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını gündən-günə artırmaqdadır. Ölkə Prezidenti İlham Əliyevin uğurlu və qətiyyətli siyasət xətti ölkəmizin geosiyasi arenada müsbət imiclə tanınmasını təmin etmişdir. Bu gün Azərbaycan Avropa, Asiya və bir çox region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həm də ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərinə sahib olan dövlətdir və bu da ölkəmizin Beynəlxalq müstəvidə qazandığı diplomatik uğurdur.

Prezident İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində keçirdiyi görüşlər böyük geosiyasi və iqtisadi əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyev Forum çərçivəsində bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıb.

Qeyd edək ki, Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edir. Dünya İqtisadi Forumu 16-20 yanvar tarixlərində “Parçalanmış dünyada əməkdaşlıq” mövzusunda keçirilmişdir. Bu tədbir dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayır. Burada təqdim edilən müasir texnologiyalar, irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir.

Böyük tranzit potensialına malik Azərbaycan da beynəlxalq nəqliyyat qovşağına qoşulmaq üçün fəaliyyətini artırıb. Tarixi İpək yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub.
Azərbaycan ərazisindən beynəlxalq yüklərin daşınmasının çoxalması ölkəmizdə tranzit imkanlarının artırılması istiqamətində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsindən xəbər verir.

Yanvar 17-də Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev Azərbaycanın tranzit ölkə kimi imkanlarını yüksək qiymətləndirərək qeyd etmişdir ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır: “Açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi. Avtomagistrallar və hava limanları kimi layihələr də həyata keçirilir. Şimal-Qərb marşrutu uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər”.

Bu gün Azərbaycan bölgədə neft-qaz ixracatçısı kimi və lider dövlət olaraq etibarlı strateji tərəfdaş mövqeyini nümayiş etdirir.Azərbaycanın gündən günə artan qüdrəti müstəqil dövlətimizin parlaq gələcəyinə və ölkəmizin çiçəklənməsinə çox böyük zəmin yaradır.

Xüsusilə qeyd etmək lazımdır ki, ölkə Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz dünyada etibarlı tərəfdaş kimi qəbul olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
 Valyuta məzənnəsi