xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

DYP qəza törədərək hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq edib

18-08-2022, 14:15 35 dəfə baxılıb

DYP qəza törədərək hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq edib


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq edib.

Report xəbər verir ki, idarənin əməkdaşı polis leytenantı Rüstəm Əhmədli bildirib ki, mütəmadi olaraq bu istiqamətdə profilaktiki tədbirlər görülsə də, sürücülərin yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınma halları davam edir:

"Bu kimi hallar zərərçəkmiş tərəfdən müraciətlərə gətirib çıxardır ki, sadəcə vaxt itkisi deyil, bir çox problemlərə səbəb olur. Araşdırmalar zamanı aşkar edilir ki, sürücülər lüzümsuz bəhanələrlə inzibati məsuliyyətdən yayınma istəyirlər.
Bir daha sürücülərə xəbərdarlıq edirik ki, yol-nəqliyyat hadisəsi zamanı dərhal aidiyyəti üzrə polisə məlumat verməli və DYP əməkdaşları gələnə qədər olay yerini tərk etməməlidirlər. Çünki məhz polis əməkdaşının rəyi əsasında qərar verilməli, ondan sonra hadisə yeri tərk olunmalıdır".

R.Əhmədli deyib ki, bir çox hallarda sürücülər yol-nəqliyyat hadisəni gizlədərək öz aralarında razılaşırlar: "Sonradan tərəflər arasında mübahisə yaranır və şikayətlər daxil olur. Odur ki, bu kimi halları nəzərə alaraq qanun çərçivəsində hərəkət edilməli və hadisəyə yol polisinin hüquqi qiymət verilməsi təmin olunmalıdır".

DYP qəza törədərək hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq edib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi