xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Ermənistan yenə Azərbaycanın bu yoluna möhtac qaldı - FOTOFAKT

24-05-2022, 16:00 159 dəfə baxılıb

Ermənistan yenə Azərbaycanın bu yoluna möhtac qaldı - FOTOFAKT


Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisinə düşən 21 kilometrlik ərazisində gömrük-keçid məntəqəsi qurulduqdan sonra Ermənistan tərəfinin çəkməyə başladığı alternativ yolda işlər dayanıb.

Publika.az xəbər verir ki, Ermənistan mediası alternativ yolda artıq bir neçə aydır heç bir işin getmədiyini yazır.

“Hraparak” nəşri mənbələrinə istinadən yazır ki, alternativ yolun beynəlxalq standartlara cavab verməməsi bu marşrutun sıradan çıxmasına zərurət yaradır.

“Yolda sürüşmələrin tez-tez olması da buradan keçidi çətinləşdirir. Məlumatlara görə, Azərbaycan və Ermənistan arasında Eyvazlı yolundan istifadə edilməsi üzərində razılaşma var. Azərbaycan tərəfi bu yolun beynəlxalq standartlara uyğun qurulacağını bildirib. Lakin yolda gömrük-keçid məntəqəsi fəaliyyətini davam etdirəcək və həm sərnişin, həm də yük daşımalarından Azərbaycan gömrüyündən istifadə olunacaq”, - nəşr yazır.

Eyvazlı yoluna çəkilən alternativ marşrutun isə bir müddət sonra istifadəsi dayandırılacaq.

Qeyd edək ki, Ermənistanın çəkdiyi alternativ yolun əlverişsiz olması İrandan yük daşımalarının da Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən hissəsindən aparılmasını zəruri edir. Bununla yanaşı, ermənilərin yaşadığı 9 kəndin əhalisi də bu yoldan istifadə etməyə məcburdur, əks təqdirdə daha əlverişsiz və uzaq məsafə olan alternativ yoldan keçməli olacaqlar.

Ermənistan yenə Azərbaycanın bu yoluna möhtac qaldı - FOTOFAKT






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi