xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Bakıda qaz balonları ilə bağlı yoxlanışlar başladı - FOTOLAR

5-04-2022, 11:58 27 dəfə baxılıb

Bakıda qaz balonları ilə bağlı yoxlanışlar başladı - FOTOLAR


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Azəriqaz” İstehsalat Birliyinin məsul nümayəndələrindən ibarət yaradılmış xüsusi qruplar paytaxtın ictimai-iaşə obyeklərində monitorinqlərə başlayıblar.

Bu barədə BŞİH-in Mətbuat Xidmətindən məlumat verilib.

Monitorinqlərin məqsədi bu obyektlərdə real vəziyyətin yerində öyrənilməsi, gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması və burada çalışan işçilərininin maarifləndirilməsidir.

İlk növbədə mütəxəssislər tərəfindən obyektlərin mətbəx və digər sahələrinə baxışlar keçililib, orada olan qaz balonları və digər qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərin vəziyyəti araşdırılıb.

Zirzəmi və yaşayış binasının birinci mərtəbəsində yerləşən bəzi obyektlərdə qaz balonlarından istifadə edilməsi, həmçinin bura rezin və digər materiallardan hazırlanan şlanqlar vasitəsi ilə çəkilən qaz xətləri aşkar edilib və bu nöqsanlar obyekt rəhbərliyinin nəzərinə çatdırılıb.

Eyni zamanda, təhlükəsizlik texnikası qaydaları tələblərinə düzgün riayət edilməsi və digər məsələlələ bağlı obyektlərin işçi heyəti ilə maarifləndirici söhbətlər aparılıb.

Monitorinqlərin ilk olaraq mərkəz ərazidə və yaradılan digər qruplar tərəfindən bütün paytaxtın ictimai-iaşə və digər xidmət obyektlərində aparılması nəzərdə tutulub.

Monitorinqlərin nəticələri yekunlaşandan sonra sahibkarlarla müvafiq seminarların keçirilməsi nəzərdə tutulub.

Bakıda qaz balonları ilə bağlı yoxlanışlar başladı - FOTOLARBakıda qaz balonları ilə bağlı yoxlanışlar başladı - FOTOLARBakıda qaz balonları ilə bağlı yoxlanışlar başladı - FOTOLARBakıda qaz balonları ilə bağlı yoxlanışlar başladı - FOTOLARBakıda qaz balonları ilə bağlı yoxlanışlar başladı - FOTOLAR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi