xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 11:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 

İcra başçısının müavini fotodan danışdı: “Çox gözəl mənzərədir”

7-01-2022, 15:00 43 dəfə baxılıb

İcra başçısının müavini fotodan danışdı: “Çox gözəl mənzərədir”


Astara rayonunun Diqo kəndində nəvəsini belində məktəbə aparan nənənin fotosu sosial mediada müzakirə obyektinə çevrilib.

Ölkə.az xəbər verir ki, fotoda əks olunan mövcud yolun kənd sakinləri üçün çətinlik yaratdığı bildirilib.

Məsələ ilə bağlı Astara Rayon İcra Hakimiyyəti başçının müavini Firəngiz Sadıxova bildirib ki, kəndin sakinlərinin bir qisminin evləri dağın başında yerləşir və bu əraziyə yol çəkmək mümkün deyil:

“Kənddə dağın başına aparan mərkəzi yola asfalt örtüyü döşənib. Artıq neçə illərdir ki, Diqoda mərkəzi yollarda asfalt örtüyü mövcuddur. Bura eyni zamanda turizm zonası sayılır, ümumilikdə kəndin yolları yaxşı vəziyyətdədir. Sadəcə əhalinin bir qisminin evləri dağın ən yüksək hissəsində yerləşir. Bura asfalt çəkilmir. Ərazidə yaşayan insanlar da mərkəzi yola düşür və buradan məktəbə gedirlər. Fotoda nənə nəvəsini belinə alıb məktəbə aparır. Bu, çox gözəl mənzərədir. Burada nə var ki? Mən düşünmürəm ki, acınacaqlıdır”.

Qeyd edək ki, tanınmış fotoqraf Orxan Əzimin çəkdiyi foto ötən gün sosial mediada yayılıb. Foto ilə bağlı yolun hərəkət etmək üçün əlverişsiz olması, kənd sakinləri üçün çətinlik yarada biləcəyi ilə bağlı fikirlər bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi