xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

İkram Vəliyev: Dünya gücləri Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etdiyini təsdiqlədi

21-12-2021, 15:30 502 dəfə baxılıb

İkram Vəliyev: Dünya gücləri Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etdiyini təsdiqlədi


Göyçay rayon İcra Hakimiyyəti başçısının I müavini İkram Vəliyev - Son bir ildə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərə, Sammitlərə, Zirvə Toplantılarına diqqət yetirsək bu reallığı görərik ki, keçirilən məkanlar fərqli olsa da diqqətin yönəldildiyi ünvan dəyişməzdir- Azərbaycan. Bu, qalib Azərbaycanın yürütdüyü uğurlu siyasətin nəticəsində bütün sahələrdə təcrübəsi ilə nümunə olması, eyni zamanda, mövqeyinin ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanması, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr qurması ilə bağlıdır. Azərbaycanın xarici siyasəti çoxşaxəli və açıqdır. Bu baxımdan qeyd edə bilərik ki, həqiqət anı kimi dəyərləndirilən, kimin haqqın, kimin şərin yanında olduğunu göstərən 44 günlük Vətən müharibəsi və postmünaqişə dövrünün də əsas çağırışı budur ki, ədalətin, beynəlxalq hüququn mövcudluğu unudulmamalıdır, onlar zamana və məkana görə deyil, vahid mexanizm əsasında tətbiq edilməlidir. Tarixi Zəfəri ilə yeni reallıqlar yaradan Azərbaycanın artıq diktə edən tərəf kimi çıxış etməsi regionda və dünya siyasətində yeniliklərə yol açıb. Dövlət başçısı İlham Əliyevin Brüsselə işgüzar səfəri bir çox məqamlarla tarixə yazıldı. Günümüzün əsas məsələsinin Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, təkcə atəşkəs deyil, real sülh sazişinin imzalanması olduğunu nəzərə alsaq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşü və əldə olunan nəticə təkcə ölkə deyil, dünya mətbuatının da əsas müzakirə mövzularındandır.

Azərbaycan dövləti ən yüksək tribunalardan ikili standartlara əsaslanan siyasətin ədalətsizlik olduğunu bəyan edərək buna son qoymağa çağırışlar edirdi. Beynəlxalq hüququn işləmədiyi dünyada hansısa məsələyə ədalətli yanaşma inandırıcı görünə bilməzdi. Azərbaycan belə bir dünyanın mövcudluğu fonunda 44 günlük müharibəni ərazi bütövlüyümüzün bərpası ilə sona çatdırdı və münaqişənin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu döyüş meydanında üstünlüyümüzü təmin etdi. Dövlət başçısı İlham Əliyevin daim çıxışlarında, xarici mətbuata müsahibələrində qeyd etdiyi kimi, Azərbaycan Ordusu öz torpaqlarımızda müharibəni aparıb, ərazilərimizi işğaldan azad edib. Erməni əsgərinin bizim torpağımızda nə işi var? Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır.

Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında qeyri-formal görüşün keçirilməsi də bir çox məqamlara aydınlıq gətirir. Azərbaycanın döyüş və informasiya cəbhələrində üstünlüyü, qətiyyətli mövqeyi diplomatik uğurlarının davamlı olacağına əsas yaradır. Bugünün reallıqları bir məqamı da açıqlayır ki, beynəlxalq münasibətlərdə güc və beynəlxalq hüquq əsas rol oynayır ki, Azərbaycanın qüdrəti, gücü, beynəlxalq hüquqa əsaslanan mövqeyi tarixi Zəfərimizdə öz aydın ifadəsini tapıb.

Prezident İlham Əliyev Brüsselə səfəri çərçivəsində İspaniyanın “El Pais” qəzetinə geniş müsahibə verib. Jurnalist cənab Prezidentə müxtəlif aspektlərdən suallar ünvanladı. Ünvanlanan suallar regional məsələlərdən qlobal məəslələrə qədər, dünya ictimaiyyətinin bu gün marağında olan bir çox məsələlərlə bağlı idi. Cənab Prezidentin jurnalistə təmkinlə verdiyi məntiqli cavabları Brüsseldə keçirilən görüşlər ərəfəsində Azərbaycanın mövqeyini ifadə edən bir anons kimi də başa düşmək olardı.

Müsahibədə cənab Prezident Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbəmizlə ölkə ərazi bütövlüyünün təmin edilməsindən və yaratdığımız yeni reallıqdan geniş danışdı. Müsahibədə ölkə başçımız gələcəyə baxışlarımızı ifadə etdi. Beləki, Azərbaycan düşmənçilik səhifəsini bağlayaraq Ermənistana sülh əlini uzadır. Ölkələrarası sərhədlərin delimitasiya-demarkasiya olunması, son sülh müqaviləsinin bağlanması və qonşuluq münasibətlərin yaradılması yaratdığımız yeni reallıqdır. Brüsseldə keçirəcək görüşlə ondan əvvəl keçirilmiş üçtərəfli görüşlər arasında bir fərqin görmədiyini bildirməklə Prezident İlham Əliyev bir növ Brüssel görüşünün gündəliyini təsdiq etmiş oldu. Əsir düşmüş və itkinlərlə bağlı münasibətdə ölkə başçımız Azərbaycanın 10 noyabra olan hərbi əsirlərini qaytardığını və hal-hazırda saxlanılanların hərbi əsir yox, təxribatçılar və cinayətkarlar olduğunu bildirməsi öllkəmizin beynəlxalq hüquqa söykənən ədalətli mövqeyinin açıqlanmasıdır.

Ümumiyyətlə cənab Prezidentin müsahibəsini Azərbaycanın informasiya mübarizəsindəki növbəti uğuru kimi qeyd edə bilərik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi