xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:51 – İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib 
  • 14:45 – Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 

Bakıda kəpənəklərin yayılması ilə bağlı RƏSMİ AÇIQLAMA

9-09-2021, 15:34 56 dəfə baxılıb

Bakıda kəpənəklərin yayılması ilə bağlı RƏSMİ AÇIQLAMA


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu son günlər davam edən küləkli hava şəraiti səbəbindən Bakıda və Sumqayıtda qəhvəyi rəngli, iri kəpənək sürüsü ilə bağlı açıqlama yayıb.

AMEA Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Gülzar Mustafayeva "Ölkə.az"a bildirib ki, bu həşəratlar pulcuqqanadlılar Lepidoptera kəpənəklər dəstəsindəndir.

Onun sözlərinə görə, həmin kəpənəklərə həm də “çayır odlucası” deyilir: “Çayır kəpənəyi odlucalardan olub polifaq zərərvericidir. Bir çox kənd təsərrüfatı bitkilərinə zərər yetirir. Erkəkləri 18-20 mm, dişiləri 25 mm-ə qədər olur. Qanadları qəhvəyimtildir. 1 ildə 2-5 dəfə nəsil verir. Bitkilərin yarpaqları, tumurcuqları və çiçəkləri ilə qidalanır”.

G.Mustafayeva qeyd edib ki, hazırda yetkin fərdlərin çıxış dövrü olduğu üçün kütləvi çoxalma dövründə kənd təsərrüfatı bitkilərinə böyük ziyan vuran bu kəpənəklərlə kimyəvi mübarizə aparmağın vaxtıdır: “Bunun üçün müxtəlif insektisidlərdən istifadə olunur. Zərərvericilərin 5-6 ildən bir kütləvi çıxış dövrü olur. Çox güman ki, bu həşəratların bu il kütləvi çıxış dövrüdür. Bu il, həmçinin Abşeronda bərabərqanadlılardan mənənələrin də kütləvi artım dövrü olub".

AMEA rəsmisi bildirib ki, bu kəpənəklər bir-biriylə cütləşdikdən sonra yumurta qoyacaq: "Həşərat polifaq olduğu üçün yumurtalarını müxtəlif kənd təsərrüfatı bitkilərinin üzərinə də qoyur. Yumurtadan çıxan tırtıllar bitkilərin yarpaqları və tumurcuqları ilə qidalanır. İndi, yetkin mərhələdə və təxminən 7-10 gündən sonra tırtıl (sürfə) mərhələsində kimyəvi mübarizə aparmaq vacibdir".



Bakıda kəpənəklərin yayılması ilə bağlı RƏSMİ AÇIQLAMABakıda kəpənəklərin yayılması ilə bağlı RƏSMİ AÇIQLAMA






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi