Kərim Tahirov: Dəmir yumruqla sona çatan münaqişə
3-08-2021, 03:03
161 dəfə baxılıb
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - Şəhid ailələrinin və müharibə əlillərinin problemlərinin həlli daim dövlətin diqqəti mərkəzindədir. Prezident İlham Əliyevin iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində iştirak etməsi qeyd olunan kateqoriyaya aid vətəndaşlara dövlətin xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Azərbaycan sosial yönümlü siyasət yürüdən dövlət olmaqla, regionda sülhün qarantıdır və yeni müharibənin olmasını istəmir.
Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və ölkəmizdə sosial siyasət ardıcıl, düşünülmüş şəkildə həyata keçirilir. Bunu təsdiqləyən rəqəmlər özlüyündə bunun göstəricisidir. Çünki son illər ərzində bu sahədə çox böyük işlər görülmüşdür. Bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Keçən il, 2020-ci ildə biz bu istiqamətdə ən böyük göstəriciyə nail olduq -1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunmuşdur.
Bu gün bu qələbənin qəhrəmanlarına - şəhid və Qarabağ əlillərinə ardıcıl olaraq dövlət başçısının diqqət və qayğısı bir daha onu göstərir ki, şəhid ailələrinə, müharibə əlillərinə gündəlik diqqət və qayğı dövlətin ali məqsədidir. Bir sözlə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təkcə bir faktı qeyd edək ki, şəhid ailələrinə, müharibə əlillərinə fərdi ev və mənzil və avtomobillər hədiyyə edilir. Dövlət başçımız bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirməkdə davam edir. Əminik ki, müstəqil Azərbaycan yaşadıqca bu addımlar davam edəcək.. XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olan, nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərən Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başladı.
Əsassız ərazi iddiaları irəli sürən Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başladı. Müharibə nəticəsində Azərbaycan Respublikası öz torpaqlarının beşdə birini itirdi, bir milyondan çox azərbaycanlı öz yurdundan didərgin düşdü.
1992 – ci ildə münaqişənin sülh yolu ilə həlli üçün yaradılmış Minsk qrupu, BMT-nin 1993 – cü ildə qəbul edilmiş 4 qətnaməsi münaqişənin həlli yolunda atılmış ilk addımlar idi.
Azərbaycan üçün olduqca mürəkkəb şəraitdə hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyev belə bir nəticəyə gəldi ki, münaqişənin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. Havadarlarından dəstək alan Ermənistanın başladığı Birinci Qarabağ müharibəsi 1994-cü ildə imzalanmış atəşkəslə bitdi.
Ermənilərin Dağlıq Qarabağ üzərindəki suveren hüquqlarını müdafiə edən təkliflər Azərbaycan hakimiyyəti tərəfindən qətiyyətlə rədd edilirdi.
2003-cü ilə Prezident seçilən Ali baş komandan İlham Əliyev Minsk qrupunuvə digər beynəlxalq təşkilat üzvlərini qəbul edərkən nitqində Azərbaycanın öz haqq işində bir addım da olsa geri çəkilməyəcəyini və bir qarış da olsa ərazi güzəştə getməyəcəyini qəti şəkildə bildirmişdi.
2016-cı ilin aprelində baş verən qarşıdurma onu göstərdi ki, Azərbaycan Prezidenti öz qətiyyətində və sözlərində komandanı olduğu Orduya əbəs yerə arxayın deyil. Azərbaycan həriçiləri ermənilərin lovğalıqla “keçilməz” elan etdikləri istehkam xətlərini çox asanlıqla yarıb irəliləyə bildilər.
Aprel döyüşlərindən sonra yenidən gündəmə gələn “Madrid prinsipləri” Azərbaycanın ərazi bütövlüyünü az da olsa bərpa etməli idi.
2020 – ci ilin mayında Şuşada qondarma “Dağlıq QarabağRespublikası”nın prezidentinin andiçmə mərasiminin keçirilməsi, parlamentin və paytaxtın Şuşaya köçürülməsi planı Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərlər və s. təxribatçı danışıqlarla Ermənistan höküməti Dağlıq Qarabağ probleminin dinc yolla həll edilməsinin mümkünsüzlüyünü dünya ictimaiyyətinə göstərdi.
Dünya Vətən müharibəsində Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrini, mülki infrastruktur obyektlərini ballistik raketlərlə, fosforlu və kosetli bombalarla, klaster silahlarla atəşə tutulmasını, mülki əhaliyə qarşı müxtəlif cinayətləri də gördü. Və ya görməyəməcbur edildi.
Azərbaycan dövləti hərb meydanı ilə yanaşı, diplomatik və ideoloji cəbhədə mübarizə apardı. Ölkə başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı.
Çoxsaylı ölkələr və təşkilatlar münaqişəni kəskin şəkildə qınamış və dinc əhalini hədəfə alan Ermənistana sərt cavab vermək, işğala son qoymaq çağırışını etmək əvəzinə hər iki tərəfə gərginliyi artırmağa və danışıqları təxirə salmadan davam etdirməyə çağırmışdır.
Yaşadığımız Zəfər tarixi günləri, bəlkə də həyatımızın ən önəmli, ən təsirli günləri idi. Bu çətin günlərdə bizi müdafiə edən, haqq səsimizi eşidən dövlət və xalqları unutmadıq. Cənab Prezident Moskva görüşündən sonra qeyd etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcəkbarədə...düşünməliyik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR