xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

SON DƏQİQƏ! ŞOK ƏMƏLİYYAT: Bu məşhurlar SAXLANILDI

11-06-2026, 10:11 10 dəfə baxılıb

SON DƏQİQƏ! ŞOK ƏMƏLİYYAT: Bu məşhurlar SAXLANILDI


Türkiyədə tanınmış şəxslərə qarşı həyata keçirilən narkotik cinayətləri ilə bağlı istintaq çərçivəsində yeni əməliyyat dalğasına start verilib.

Əməliyyat zamanı 22 nəfər saxlanılıb və onların arasında məşhur müğənni Kənan Doğulu, onun həyat yoldaşı, tanınmış aktrisa Beren Saat, həmçinin Kərimcan Durmaz və Berdan Mardininin də olduğu öyrənilib.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq tədbirləri çərçivəsində İstanbulda yeni bir əməliyyat keçirilib.

Narkotik Cinayətlərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı barələrində həbs qətimkan tədbiri seçilmiş 22 şübhəli şəxs saxlanılıb.

Jurnalist Burak Doğanın verdiyi məlumata görə, əməliyyat çərçivəsində saxlanılanlar arasında məşhur cütlük Kənan Doğulu və Beren Saatın da olduğu iddia edilir. İstintaqla bağlı rəsmi qurumlardan hələlik ətraflı açıqlama verilməsə də, əməliyyatın miqyasının genişlənə biləcəyi bildirilir.

Eyni zamanda, saxlanılan şəxslər arasında teatr və kino aktyoru Enis Arıkanın da olduğu barədə məlumatlar var. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, bu əməliyyat cəmiyyətin sağlamlığını və təhlükəsizliyini təhdid edən narkotik cinayətlərinə qarşı mübarizə çərçivəsində reallaşdırılıb.

Məlumata görə, digər saxlanılan şəxslər arasında sosial media fenomeni Kərimcan Durmaz və müğənni Berdan Mardini də yer alır.

Əməliyyat tədbirlərinin davam etdiyi və saxlanılanların sayının arta biləcəyi vurğulanır.

Sağlamlıq yoxlamasından keçirilən şübhəlilər ifadələrinin alınması üçün İstanbul Emniyyət Müdirliyinin Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin Küçükçekmecedəki mərkəzinə aparılıb. İstintaqla bağlı təfərrüatların yaxın saatlarda dəqiqləşəcəyi gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi