xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Azərbaycanlı alim: “Delta” variantı bu gün deyildiyi qədər də ölümcül deyil”

13-07-2021, 11:15 41 dəfə baxılıb

Azərbaycanlı alim: “Delta” variantı bu gün deyildiyi qədər də ölümcül deyil”


“İngiltərədən olan sonuncu elmi statistik nəticələrə baxdıqda mühüm rəqəmlərlə rastlaşırıq. Belə ki, “Delta” variantının ölüm faizi orada daha da aşağı düşüb və hazırda 1,9% ölüm faizi göstərən “Alfa” variantı ilə müqayisədə “Delta”nın ölüm faizi 0,2% təşkil edir. Bununla da bu gün dəqiq deyə bilərik: Hazırda heç bir elmi əsaslı sübut yoxdur ki, “Delta” variantı bundan əvvəlki virus variantları ilə müqayisədə ölümcüldür”.

"Ölkə.Az" xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Alim bildirib ki, İsrail və Sinqapurda yeni yoluxmaların 95 %-dən çoxu “Delta” variantı ilə baş verib: “mRNA əsaslı peyvəndlər sayəsində ölüm faizi çox aşağıdır. “Delta” növü peyvənd almayanlar və ya az peyvənd olanlar arasında daha çox yayılıb. Bu variantın ölüm faizinin İngiltərədə son təqdimatda aşağı düşməsinin səbəbi onun gənclər arasında daha çox yayılmasıdır ki, orada da ölümə çox az rast gəlinir”.

N.Abdullayev qeyd edib ki, İngiltərədə daha maraqlı statistikanı isə 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayına qədər olan yoluxmaları bu ilin aprelindən indiyə qədər olan zaman çərçivəsindəki yoluxma halları ilə müqayisə etdikdə görülür:

“Belə ki, 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayına qədər hər 1000 nəfərə düşən ölüm sayı 18 və hospitalizə olunanların sayı 81, 2021-ci ilin aprelindən indiyədək olan müddətdə hər 1000 nəfərə düşən ölüm sayı 4 və hospitalizə olunanların sayı isə 45-dir. Bundan başqa, İngiltərədə “Delta variantının ikincili yoluxma əmsalı da aşağı düşüb və hazırda “Alfa” variantı ilə eynilik təşkil edir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi