xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Çimərlik seçərkən nələrə diqqət edilməlidir? - ƏHALİNİN NƏZƏRİNƏ!

2-07-2021, 14:23 60 dəfə baxılıb

Çimərlik seçərkən nələrə diqqət edilməlidir? - ƏHALİNİN NƏZƏRİNƏ!


Çimərliklərdə boğulma hallarının əsas səbəbi təhlükəsizlik tədbirlərinin görülməməsi və insanların qeyri-çimərlik ərazilərə üz tutmasıdır.

Bunu Trend-ə açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib.

Onun sözlərinə görə, bu məsələdə əsas məsuliyyət insanların üzərinə düşür, yəni vətəndaşlar çimərliyə gedərkən ilk növbədə hava şəraitini nəzərə almalıdır:

"Boğulma hadisələrinə nəzər salsaq, təhlükə ilə üzləşənlərin əksəriyyətinin küləkli vaxtda çimərliyə gedənlər olduğunu görərik. Həmçinin çimərlik seçimində də diqqətli olmaq lazımdır. Natəmiz və nəzarətsiz olan çimərliklərə getmək olmaz. İnsanlar adətən daha əvvəl getdikləri çimərliyə üz tuturlar.

Çünki orada suyun hansı səviyyədə dərinləşdiyini, suyun altında daş-kəsəyin olub-olmadığını bilirlər. Ancaq nəzərə almaq lazımdır ki, küləkli hava relyefi dəyişdirə, yarğanlar, su axınları əmələ gətirə bilər. Xilasedicilərin, qadağanedici işarələrin olmadığı yerlərə getmək tövsiyə edilmir. Digər tərəfdən ümumiyyətlə qeyri-çimərlik anlayışı ləğv edilməlidir. Yəni, çimərlik varsa, orada lazım olan bütün təhlükəsizlik tədbirləri görülməli, bundan sonra insanların ixtiyarına verilməlidir".

Ekspert boğulma təhlükəsi ilə qarşı-qarşıya qaldıqda necə davranılmalı olduğunu da açıqlayıb. Bildirib ki, boğulma hallarının başlıca səbəbi suda olan şəxsin təşvişə düşməsidir.

"İnsan təşvişə düşəndə daha çox fiziki güc sərf edir, əzələlər yorulur, əlini sudan yuxarı qaldırır, ayaq barmaqlarının uclarını yerə vurmağa çalışır ki, su üzərinə çıxsın. Bu da əksinə batması ilə nəticələnir. Ona görə boğulma təhlükəsi ilə üzləşən şəxs əlini yuxarı yox, suyun içərisində saxlamaqla və yarıoturaq vəziyyətdə yaxındakı şəxslərdən kömək istəməlidir. Köməyə gələn şəxs boğulana arxadan yaxınlaşmalı və başı suyun üzərində saxlamaqla sahilə tərəf üzməlidir. Əgər suda boğulma müddəti 4-5 dəqiqəni keçməyibsə, ilkin yardım göstərməklə həyata qaytarmaq olar", - deyə ekspert qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi