xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

TƏBİB rəsmisi: Bəzi qadağalar ləğv oluna bilər (VİDEO)

25-05-2021, 10:06 30 dəfə baxılıb

TƏBİB rəsmisi: Bəzi qadağalar ləğv oluna bilər (VİDEO)


"Ölkəmizdə vaksinasiya prosesinin uğurla aparılması nəticəsində əvvəlki dövrlərlə müqayisədə koronavirus infeksiyasının yayılmasında kritik vəziyyət yaşanmadı. Əgər proses belə davam edərsə, yay aylarında bəzi məhdudiyyətlər aradan qaldırıla bilər".

"Xəzər TV xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in işçi qrupun rəhbəri Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, gündən-günə koronavirusa yoluxanların sayı azalır, sağalanların sayı isə artır. Bu göstəricilərə həm vaksinasiyanın uğurla davam etdirilməsi, həm də vətəndaşların verilən tövsiyələrə əməl etmələri nəticəsində nail olunub.

Vasif Əliyev deyib ki, insanlar bundan sonra peyvənd olunmaqda daha maraqlı olmalıdırlar. Çünki pandemiyanın qarşısını ala biləcək ən təsirli üsul vaksinasiyadır. Peyvəndləmə ilə virusun yayılma zənciri qırılır və yoluxuculuq azalır.

TƏBİB rəsmisi əlavə edib ki, vətəndaşlar nəzərdə tutulan qaydalara əməl edərlərsə, virusa daha tez qalib gəlmək mümkün olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi