xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Niyazi Nəcəfov: Dövlət ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir və Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, qazilərin sosial ehtiyacları dövlət üçün prioritet təşkil edir

15-04-2021, 13:27 110 dəfə baxılıb

Niyazi Nəcəfov: Dövlət ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir və Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, qazilərin sosial ehtiyacları dövlət üçün prioritet təşkil edir



Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şirvan şəhər komitəsinin sədri Niyazi Nəcəfov - Azərbaycanda şəhid və qazi ailələrinə dövlət tərəfindən hər cür yardım edilir və dövlətimizin sosial siyasətinin mərkəzində duran ən əsas məsələlərdən biri də məhz bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkil olumasıdır. Ayrı-ayrı vətəndaşlarımızın da şəhid və qazilərimizin ailələrinə bu və ya digər formada yardım etmək istəyinin kütləvi olması həmin sahədə bir koordinasiya fəaliyyətini zəruri edirdi ki, yeni yaradılan "YAŞAT" Fondu da məhz bu funksiyanı yerinə yetirir.

Dövlət ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir və Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, qazilərin sosial ehtiyacları dövlət üçün prioritet təşkil edir. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə başçısının siyasətinin əsas istiqamətlərindən biridir.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış "YAŞAT" Fondu ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin sosial təminatını daim diqqətdə saxlayır.

Bu fondun yaradılması sadəcə belə ailələrin sosial problemlərinin həll edilməsi deyil, həm də cəmiyyətimizdə yardımlaşma ruhunun möhkəmlənməsinə mühüm töhfə verir. Qazandığımız tarixi zəfərdən sonra bütün vətəndaşlarımız bu prosesə müəyyən töhfə verməklə iştirakçı olmağa çalışır. Belə əhval-ruhiyyə ictimai həmrəyliyi artırmaqla həm də milli birliyimizi gücləndirir. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün yaradılıb.

Müharibədən az bir müddət keçməsinə baxmayaraq, şəhidlərimizin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslərlə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir. Fond tərəfindən həyata keçirilmiş ödənişlər əsasən məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsi istiqamətlərindədir. Qarabağ müharibəsi əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi daim

Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi