xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:44 – Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar 
  • 11:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI 
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 12:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 

Bakıda “İskəndər” raketlərinin qalıqları nümayiş etdirilir - FOTOLAR

2-04-2021, 10:14 99 dəfə baxılıb

Bakıda “İskəndər” raketlərinin qalıqları nümayiş etdirilir - FOTOLAR


Bu gün Bakıda Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İskəndər” raketlərinin qalıqları təqdim edilir.
“Report” xəbərinə görə, “İskəndər” raketlərinin qalıqları “Azərlandşaft” Açıq Səhmdar Cəmiyyətinin ərazisində Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən təqdim olunur.

Qeyd edək ki, ANAMA 2020-ci ilin dekabrından bəri işğaldan azad edilmiş Şuşa şəhərində minaların təmizlənməsi və döyüş sursatlarının zərərsizləşdirilməsi işlərini aparır. 2021-ci il martın 15-də Agentlik əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı şəhərdə iki partlamış raketin qalıqları aşkar edilib.

Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan, baş nazir Nikol Paşinyan, eləcə də Ermənistan Müdafiə Nazirliyinin keçmiş baş hərbi müfəttişi Movses Akopyan 44 günlük müharibə zamanı Ermənistanın Azərbaycana qarşı “İskəndər” raket sistemindən istifadə etdiyini bildiriblər. Son günlərdə bu məsələ yenidən Ermənistan mediasında müzakirə mövzusuna çevrilib, sosial şəbəkələrdə isə raketin atılmasını göstərən videolar ortaya çıxıb.

Bakıda “İskəndər” raketlərinin qalıqları nümayiş etdirilir - FOTOLARBakıda “İskəndər” raketlərinin qalıqları nümayiş etdirilir - FOTOLARBakıda “İskəndər” raketlərinin qalıqları nümayiş etdirilir - FOTOLARBakıda “İskəndər” raketlərinin qalıqları nümayiş etdirilir - FOTOLAR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi